19 Oktyabr 2011 12:10
461
İDMAN
A- A+

Quzanlı «Qarabağ»ı qəbul etməyə hazırdır

 

Bu  mövsümdən etibarən ev oyunlarını Ağdamdakı Quzanlı Olimpiya İdman Kompleksinin stadionunda keçirən "Qarabağ" futbol klubu qazon yaxşı vəziyyətdə olmadığından son iki matçında "Xəzər-Lənkəran"ı və "Turan"ı paytaxtda qəbul etmişdi.

"Qarabağ"ın idman direktoru Əmrah Çəlikəl Quzanlı stadionunun son vəziyyəti barədə  mətbuata açıqlama vermişdir. O demişdir ki, arena artıq normal vəziyyətə gətirilmişdir: "Stadionun ot örtüyü çox yaxşıdır. Növbəti ev oyununu orada keçirəcəyik. Bilirsiniz ki, qazon müəyyən səbəblərdən bərbad vəziyyətə düşmüşdü. Amma indi hər şey normaldır. Artıq bu işlərə cavabdeh olan mütəxəssisimiz var". Çəlikləl onu da bildirmişdir ki, gələn il stadionda oturacaqların sayı artırılacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video