10:21 24 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:24 24.09.2021

Güc simvolu


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Quş südü” varmı?

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
01:43 18.07.2021

 

Bir çox hallarda süfrənin zənginliyini göstərmək üçün “süfrədə quş südü belə var” deyirik. Həqiqətənmi quş südü mövcuddur? Əslində, quşlar məməli heyvan olmadığı üçün onların südü olmur. Quşların südünün  olması barədə deyilənlər də  əfsanədir.

Dünyada hər il 400 milyon tondan çox süd istehsal edilir. Hər inək gündə ortalama 90 fincan süd verir. Nəticədə bir inəyin bütün həyatı boyunca orta hesabla 200 000 stəkan süd verdiyi qənaətinə gəlinib.

İspaniyada şokolad südü məşhur səhər yeməyi içkisinə çevrilib.

1960-cı illərdə südün davamlı ultra-pasterizasiya prosesi, eləcə də südün ömrünü uzatmağa imkan verən aseptik qablaşdırma sistemləri yaradılaraq inkişaf etdirildi.

1 kiloqram təbii kərə yağı əldə etmək üçün 21 litr süd lazımdır. Bir kiloqram pendir 10 litr süddən hazırlanır.

Əslində südün 87 faizi sudur. İnsanın gündəlik kalsiuma olan ehtiyacı 800-1200 milliqramdır. 1 stəkan süddə 240 milliqram kalsium var.

 Göy gurultusu zamanı uzun dalğalı elektromaqnit impulsları südə düşərsə, o turşuyur. Bu gün 50 faizə yaxın böyüklər süd içir. İnsanların qalan hissəsi laktozaya qarşı dözümsüzdür.

İnsan orqanizmi tərəfindən südün həzm edilmə qabiliyyəti 98 faizdir.

Hər il iyunun 1-i rəsmi olaraq Beynəlxalq Süd Günü kimi qeyd olunur.

Quru süd üçün ilk müasir istehsal texnologiyası 1802-ci ildə rus həkimi Osip Krichevski tərəfindən icad edilib.  Hesab edilir ki, insanların bəzilərinin çox ehtiyatla yanaşdığı quru südlə bağlı narahatlıqlar  tamamilə əbəsdir. Quru süd tozunun hazırlanması üçün qatılaşdırılan və daha sonra qurudulan təzə süddən istifadə edilir. Beləliklə, satışa bərpa edilən süd daxil olur.

Ən çox süd verdiklərinə görə dünyada dörd ölkədə - ABŞ-da, Hollandiyada. Danimarkada, Rumıniyada  inəklərə heykəl qoyulub.

Delfin yeni doğulmuş balasını suda əmizdirir. Delfinin südü çox qatı və yağlı olur.

 

İlhamə İSABALAYEVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM