22 Aprel 2021 08:35
734
İDMAN
A- A+

Qurban Qurbanov: Son zamanlar bəzi futbolçularıma qarşı aqressiya var  

 İlk oyunda qalib gəlmək istəyirdik, alınmadı. Futbolçular əziyyət çəkirlər. Oyunlarımız çox olduğundan istədiyimiz kimi rotasiya edə bilmirik. Hücumda problemlərimiz var.

AZƏRTAC xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sumqayıt" komandası ilə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun ilk yarımfinal oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, məğlub olmasalar da, finala çıxmaq üçün cavab görüşündə qələbə qazanmaq lazımdır: "Bu rəqib qol vurmağı bacaran komandadır. Cavab görüşündə daha diqqətli olmalıyıq".

Q.Qurbanovun sözlərinə görə, ikinci hissədə oyuna daxil olan Abdullah Zubirin əvəzlənməsi onu zədədən qorumaq üçün idi: "Özüm də hirsləndim ki, Zubir oyun başlayandan müdafiəçilərin ardıcıl zərbələrinə məruz qalırdı. Nə mən, nə də futbolçularım indiyədək rəqibə hörmətsizlik etməyib. Son zamanlar bəzi futbolçularıma qarşı aqressiya var. Xüsusən Zubirə qarşı. Çox oyunlar olub ki, özümü saxlayıram, səbirli oluram. Amma futbolçunun da karyerası var, ailəsini bizdə oynaya-oynaya dolandırır. Hər birinin xətrini çox istəyirəm. Bəzi komandalar sırf ona qarşı aqressiv oynayırlar. Bu gün də 5 dəfə ayağından vurdular. Ötən oyun 2 futbolçumuz zədələndi. Boş-boşuna Zubiri meydandan çıxarmaram. Sadəcə, tövsiyə edirəm ki, rəqibə hörmətlə yanaşsınlar. Dəfələrlə olub ki, futbolçularımızı bilə-bilə ayaqlarına zərbə vururlar. Bizə qarşı belə oynamaq olmaz! Yenə bütün rəqiblərə hörmətlə yanaşacağıq. Amma bu dərəcədə olmaz".

O deyib ki, burada baş məşqçiləri günahlandırmaq olmaz: "Heç kimə irad bildirmək istəmirəm. Hərə bir yolla qələbə istəyir. Amma belə antipatiyanın haradan qaynaqlandığını başa düşə bilmirəm. Bir futbolçunu 3-4 ay itirmək düzgün deyil. "Qarabağ"ı bu yolla dayandırdıqlarını deməzdim. Amma belə də olmaz. Mənə biri xoş üz göstərəndə mən ikiqat artıq xoş münasibət göstərirəm. Çox epizodlar göstərə bilərəm. Bəzən hakimlərlə müzakirə edirik. Zubiri qorumaq üçün xoşlamadığım və istəmədiyim dəyişiklik etdim".

Baş məşqçi hər iki cəbhədə sonadək mübarizə aparacaqlarını vurğulayıb: "Seçim iki dənədir; ikisini də istərdim. Çempionluğun və kubokun ayrı-ayrılıqda ləzzəti var. Mövsümün əvvəlində necə hazırlaşırdıqsa, sonadək hər iki cəbhədə mübarizə aparacağıq".

Q.Qurbanov zədəli futbolçuların durumuna da toxunub: "Patrik Andradenin əzələsində birinci dərəcəli dartılma olub. "Qəbələ" ilə oyuna hazır olacağı bilinmir. Xayme Romeronun durumuna isə təkrar müayinədən sonra aydınlıq gələcək. Sağlam olsalar, bilərsən ki, 10-15 dəqiqə meydana buraxa bilərəm. Əlimdəki futbolçuların hamısına güvənirəm. Sonadək mübarizə aparacağıq. Əvvəldə işlətdiyim ifadələr bəlkə də xoş deyildi. Heç vaxt bu cür danışmamışdım. Həmişə hakimlərin sərt oyuna üstünlük vermələrini istəmişəm. Sadəcə, bəzi epizodları sanki görmürlər".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video