08 Dekabr 2014 09:12
787
Turizm
A- A+

Qubaya qarşıdakı qış mövsümündə 15 min turistin gələcəyi gözlənilir

Ölkəmizin turizm imkanları geniş olan rayonlarından sayılan Qubaya qarşıdakı qış mövsümündə 15 min turistin gələcəyi gözlənilir.

Turistlərin Quba rayonuna Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə elan olunan qeyri-iş günlərində daha çox gələcəyi ehtimal edilir. Çünki qış fəslində rayonu turistlər üçün cəlbedici edən qarlı hava və əsrarəngiz təbiət mənzərələridir.

Quba Turizm İnformasiya Mərkəzindən AzərTAc-a bildiriblər ki, rayona gələcək turistlərin istirahətinin yüksək səviyyədə təşkili üçün müvafiq tədbirlər görülür. Rayonda, ümumilkdə, 36 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Bu mehmanxanalardan 10-u həm yay, həm də qış turizm mövsümündə qonaqlara xidmət göstərir. Mərkəzin əməkdaşları artıq bu obyektlərin nümayəndələri ilə görüşərək turistlərin qəbulu ilə bağlı müvafiq qayda və normativləri onların diqqətinə çatdırıblar.

Ötən yay mövsümündə Qubaya 40 mindən çox turist gəlib ki, onların da 8 mindən çoxu əcnəbilər olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video