20 Oktyabr 2021 16:10
1148
SİYASƏT
A- A+

Qordan Grliç Radman: Azərbaycan və Xorvatiya dost ölkələrdir

 

Oktyabrın 20-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radmanla birgə brifinq keçirib.

AZƏRTAC xəbər verir ki, brifinqdə çıxış edən nazir Ceyhun Bayramov Azərbaycan ilə Xorvatiya arasında bir çox sahələrdə, xüsusilə iqtisadi sahədə sıx əməkdaşlığın olduğunu diqqətə çatdıraraq deyib: “Ölkələrimiz arasında münasibətlərdə iqtisadi əlaqələr xüsusi yer tutur. Xorvatiyadan aparıcı şirkətlərin nümayəndələri Bakıda keçirilən biznes forumda iştirak edəcəklər. İki ölkə arasında ticarət sahəsində rəqəmlər kifayət qədər böyükdür. Xorvatiya ticarət baxımından Azərbaycanla ən geniş əməkdaşlıq edən 10 ölkə sırasında yer alır. Qarşılıqlı şəkildə həyata keçirilən ali və yüksək səviyyəli səfərlər əlaqələrimizi möhkəmləndirir. Biz görüşdə Azərbaycanla Xorvatiya arasında enerji, turizm sahələrində mövcud olan potensial, işğaldan azad edilmiş ərazidə həyata keçirilən layihələrdə Xorvatiya şirkətlərinin iştirakı barədə fikir mübadiləsi apardıq. Onlar bu prosesdə maraqlıdırlar”.

Münasibətlərimizin inkişafında parlamentlərarası əlaqələrin də mühüm əhəmiyyətə malik olduğunu vurğulayan nazir qeyd edib: “Oktyabrın 26-da Zaqrebdə Azərbaycan-Xorvatiya Hökumətlərarası Əməkdaşlıq Komissiyasının növbəti iclası keçiriləcək. Azərbaycanla Xorvatiya arasında hazırda qüvvədə olan 25 saziş, protokol var, 7 sənəd isə baxılmaqdadır. Ölkəmizdə 20 xorvat şirkəti fəaliyyət göstərir. Turizm sahəsində görüləcək birgə işlərə COVID-19 pandemiyasından sonrakı dövrdə yeni dinamika verilməsi ilə bağlı müzakirələr aparılıb”.

Xarici işlər naziri, həmçinin Azərbaycanın beynəlxalq təşkilatlarda Avropa İttifaqı ilə əlaqələrə xüsusi önəm verdiyini vurğulayıb. Deyib ki, beynəlxalq təşkilatlar daxilində əməkdaşlığımız var. Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq Sazişini müzakirə etdik. Azərbaycanın Aİ üçün etibarlı tərəfdaşdır. Enerji təhlükəsizliyi xüsusilə diqqət mərkəzində olub.

Qeyd olunub ki, Azərbaycan ilə Xorvatiya arasında minatəmizləmə sahəsində əməkdaşlıq başlayıb. Ölkəmiz tərəfindən müvafiq minatəmizləmə avadanlıqları sifariş edilib və onlar Xorvatiyadan Azərbaycana gətirilir. Eyni zamanda, ölkələrimizin ticarət sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var.

Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması üçün konstruktiv mövqe nümayiş etdirdiyini bildirən C.Bayramov deyib: “Bir neçə gündən sonra Vətən müharibəsinin başa çatmasının bir ilini qeyd edəcəyik. Xorvatiyalı həmkarımla müzakirələrimizdə üçtərəfli bəyanatların imzalanması, regionda yaranan yeni reallıqlar və perspektivlər müzakirə olunub. Azərbaycanın apardığı işlər barədə həmkarımı məlumatlandırdım. Azərbaycan regionda kommunikasiyaların açılması üçün üzərinə düşən öhdəlikləri yerinə yetirir. Ermənistan tərəfi də bu istiqamətdə əməli addımlar atmalıdır. Razılaşmanın vacib hissəsi olan kommunikasiyaların açılması ilə bağlı üçtərəfli komissiyanın Moskvada iclası keçirilir”.

Sonra çıxış edən Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radman Azərbaycanda olmağın onun üçün böyük şərəf olduğunu, eyni zamanda, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluğunu bildirib. Nazir deyib: “Bizim müxtəlif sahələrdə çox gözəl əməkdaşlığımız var. Azərbaycan və Xorvatiya dost ölkələrdir. Azərbaycanla Xorvatiya arasında münasibətlər çox yaxşı və sabitdir. Azərbaycanda iqtisadi sahədə çox böyük potensial var. Ümid edirəm ki, Xorvatiya şirkətləri burada fəal olacaqlar. Azərbaycan və Xorvatiya strateji tərəfdaşdırlar. 2019-cu ildə Xorvatiyanın Bakıda səfirliyi fəaliyyətə başlayıb. Azərbaycana mənimlə birgə xorvatiyalı iş adamları da gəlib, onlar azərbaycanlı həmkarları ilə görüşəcəklər”.

Həmkarı C.Bayramovla görüşdə Cənubi Qafqazdakı vəziyyəti və “Şərq tərəfdaşlığı”nı müzakirə etdiklərini diqqətə çatdıran Qordan Grliç Radman qeyd edib: “Bu günlərdə Avropa İttifaqının Xarici İşlər Şurasının iclasında “Şərq tərəfdaşlığı”nı müzakirə etdik. Xorvatiya bu formatı dəstəkləyir. Dekabrda keçiriləcək “Şərq Tərəfdaşlığı” Sammitində biz öhdəliyimizi təkrar edəcəyik. Sammitin birgə bəyanatını hazırlayırıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video