02 Iyul 2021 15:38
1015
Səhiyyə
A- A+

Qızmar Günəş və dəri xəstəlikləri

 

İsti yay günlərini yaşayırıq. Hazırda insanları ən çox narahat edən məsələlərdən biri də qızmar Günəşin təsirindən yaranan bir çox dəri xəstəlikləridir. Bu problemlərin yaranmaması üçün nələri bilmək lazımdır, onların müalicəsi necə aparılmalıdır və hansı dərman vasitələrindən istifadə etmək olar?

AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu, Tibb Universitetinin Dermatovenerologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Fərid Mahmudov bu barədə sualları cavablandırıb.

- Adətən yay aylarında bəzi insanlar dərisinin Günəş şüalarının təsirindən qaşındığını, qızardığını söyləyirlər. Bu hallara qarşı hansı tədbirləri görmək olar?

- Buna müasir tibb elmində fotodermatoz deyirlər. Yəni, dərinin Günəş şüası, o cümlədən ultrabənövşəyi şüalara məruz qalmasından meydana gələn anormal reaksiya. Simptomları dəridə səpkilər, şişmə və qabarcıqların olmasıdır. Günəşə qarşı həssas olan insanlar günün qızmar vaxtlarinda çölə çıxmamalı, baş örtüklərindən, eynəklərdən, o cümlədən dərini qoruyan bir sıra kremlərdən (spf tərkibli) istifadə etməlidirlər. Fotodermatozun müalicəsində topik steroidlər, antihistamin preparatlardan istifadə etmək lazımdır.

- Bəzən də açıq havada uzun müddət qaldıqdan sonra dəridə xoşagəlməz ləkələr yaranır. Bunun gələcəkdə sağlamlığa hər hansı təsiri olurmu?

- Bu ləkələrin yaranmasına səbəb dərimizdə mövcud olan saprofit, yəni dərinin normal florası sayılan Pityrosporum ovale adlı zərərsız maya göbələyidir. Onun sağlamlığa heç bir mənfi təsiri yoxdur. Ancaq dəridə kosmetik defekt sayılır. Ləkələr açıq çəhrayı, tünd və açıq qəhvəyi, bəzən də ağ rəngdə olur. Məhz ona görə də bu xəstəliyin adı rəngbərəng dəmrovdur. Göbələyin dəridə yayılma səbəbi isti və nəmli havada çox tərləmək, dərinin yağlı olması, zəifləmiş immun sistemi, hormonal dəyişikliklər və sairdir. Rəngbərəng dəmrov daha çox yeniyetmə və gənc yaşlarda olur. Çünki məhz bu yaşlarda dəridə yağlanma başlayır və bu xəstəlik ən çox seboreik nahiyələrində (sinə, kürək, qolların üst hissəsi, boyun və baş) görünür. Həmin ləkələrin üzərində bəzən incə pulcuqlar da görünə bilər. Bu zaman heç bir subyektiv şikayət vermir, lakin başa yayılanda şiddətli qaşıntı ilə müşayiət oluna bilir.

Bu xəstəliyə diaqnoz müayinə zamanı qoyulur. Ona görə də bunun üçün heç bir analiz lazım deyil. Ancaq dəri rəngindən asılı olaraq səpkilərin tonları dəyişkən ola bilir, bunun üçün “vud lampası” ilə müayinə həyata keçirilir.

- Günəşdən üzə tünd ləkə düşməməsi üçün nə etmək lazımdır?

- Bunun adı melasmadır. Bədənin Günəş görən hissələrində sonradan ortaya çıxan, qəhvəyi rəngdə ləkələr şəklində özünü göstərən bir dəri xəstəliyidir. Bu ləkələrə xloasma da deyilir. Adətən üzün hər iki tərəfi zədələnir, ən çox yanaqlar, burun, alın və dodaq üstündə görünür. Bu xəstəlikdən qorunmaq üçün Günəş işığına çıxmazdan öncə spf tərkibli qoruyucu kremlərdən istifadə etmək lazımdır. Payız aylarında isə həmin tünd ləkələr nisbətən solur.

- Yay aylarında insanlarda qoltuqaltı nahiyə daha çox tərləyir. Buna qarşı hansı vasitələrdən istifadə etməyi məsləhət görərdiniz?

- Həddən artıq tərləmənin ən müasir və təsirli müalicə növlərindən biri botulinoterapiya ilə müalicədir. Botoks tərkibində Botulinum deyilən bir toksin olan dərman vasitəsidir. Kosmetologiyada üzdəki qırışların açılması üçün botoks inyeksiyalarından geniş istifadə olunur. Eyni zamanda, botoks qoltuqaltı bölgədə həddindən artıq tərləməyə qarşı da istifadə edilir. Botoks vurulandan dərhal sonra çox tərləmə problemi aradan qalxır. Dərmanın təsiri 4-6 ay davam edir. Adətən ildə bir dəfə, havalar istiləşəndə bu proseduru təkrar etmək lazımdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video