01 Oktyabr 2021 00:26
377
Elm və texnika
A- A+

Qiymətin bahalaşması boykota səbəb olub

 

Tarixdə ilk şokolad boykotu 1947-ci ildə baş verib. Kanadalı uşaqların bu boykotuna səbəb şokoladın qiymətinin 5 qəpikdən 8 qəpiyə qalxması olub.

Dünyada Beynəlxalq Şokolad Günü iyulun 7-də qeyd edilir. Həmin günün bu tarixdə qeyd olunması şokoladın Avropaya 1550-ci ilin həmin günündə gətirilməsi ilə izah edilir.

1941-ci ildə əsgərlərin özləri ilə apardıqları şokoladlar əridikləri üçün əriməyən  şokoladın axtarışına başlanılıb. Bu zaman da rəngli draje tərzi şokoladlar yaradılıb.

2013-cü ildə Belçikada şokolad pullar istehsal edilib.

Şokolad ümumilikdə 600 fərqli daddan ibarətdir.

Dünyada şokoladın təxminən 50 faizi Amerikada istehlak olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video