06:05 20 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:57 19.09.2021

Saxta erməni iddiaları


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Qırmızı”, yoxsa “ağ”...
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:05 11.07.2021

Qırmızı ətlə yanaşı, qida rasionumuzda quş ətinin də özünəməxsus yeri var. Dünyanın əksər diyetoloqları toyuq və hind quşu ətinin insan sağlığına faydalılığını və bu ətin tərkibində bol miqdarda B2, B6, B12 vitaminlərinin olduğunu bildirirlər.

Hind quşu və çolpa ətində triptofan turşuları yüksəkdir. Triptofan beyindəki serotonin səviyyəsini yüksəldərək əhvali-ruhiyyəni qaldırır, stress və gərginliyi azaldır, ən vacibi isə gecələr rahat yuxu yatmağa kömək edir.

Toyuğun döş əti infarkta səbəb olan homositin turşularını nəzarətdə saxlayaraq ürək xəstəliklərinin də qarşısını alır. Çolpa və hind quşu əti, A vitamini, beta karotin və lisopenlə zənginidir. Bütün bu maddələr göz sağlamlığı üçün də faydalıdır.

Fosfor baxımından zəngin olan çolpa və hind quşu əti dişləri və sümüyü gücləndirir. Bundan başqa, böyrək, ağciyər və mərkəzi sinir sistemi funksiyası üçün çox lazımlı mineraldır.

Bu ətdə metabolizmin fəaliyyətini yaxşılaşdıran zəruri mineral - selenium var. Başqa sözlə desək, bu maddə insan orqanizmindəki qalxanabənzər vəzi, hormon, metabolizm və immun funksiyalarına müsbət istiqamətdə təsir göstərir.

Tərkibindəki B6 vitamini fermentləri enerji səviyyəsini qaldırır və metabolizmi sürətləndirir. Bu da daha çox kalori yandırılmasını təmin edir. Beləliklə, toyuq və hind quşu əti sayəsində stabil çəkini qoruyub saxlamaq mümkündür.

Toyuq və hind quşu ətində çox nadir tapılan, ancaq bədənimiz üçün mühüm olan niasin turşusu da var. Bu maddə orqanizmi xərçəng və digər genetik xəstəliklərdən qoruyan B vitamininin xüsusi növüdür.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM