11 Sentyabr 2013 02:09
386
Elm və texnika
A- A+

Qidanı az çeynəmək şəkər xəstəliyinə səbəb olur

 

Qidanın diqqətlə və yaxşı çeynənməsi nəinki təkcə həzm problemlərindən, eləcə də şəkər xəstəliyindən qorunmağa imkan verir.

Böyük tikələri lazımi qaydada çeynəmədən udaraq sürətlə yeməyə üstünlük verənlər artıq çəki və diabetlə daha tez-tez üzləşirlər. Litvalı mütəxəssislər 702 nəfərin vəziyyətini araşdırmaqla bu qanunauyğunluğu aşkara çıxarıblar. Onlardan 234 nəfərə diabet diaqnozu qoyulub. Araşdırmanın bütün iştirakçılarından həyat tərzi barədə sual vərəqəsini doldurmaq və çəkisini ölçmək tələb olunub. Alimlər həm də könüllülərin hansı sürətlə yemək yedikləri ilə maraqlanıblar.

Nəticələr birmənalı olub. Belə ki, əgər insan sürətlə yeyirsə, o, 2-ci tip diabet riski qrupuna düşür. Litva Tibb Universitetinin ekspertlərinin sözlərinə görə, şəkərli diabetin inkişafı həm genetik, həm də xarici amillərdən birbaşa asılıdır. İnsanın qidalandığı sürət elə xarici amillərə nümunədir.

Təəssüf ki, alimlər bu qanunauyğunluğun səbəbinin müəyyən edilməsinə nail ola bilməyiblər. Doğrudur, bir müddət əvvəl alimlər sübut ediblər ki, udulan qidanın yüksək sürəti istifadə olunan yeməyin həcminin artması ilə bağlıdır. Yəni insan nə qədər çox yeyirsə, piylənmə riski də bir o qədər yüksək olur. Piylənmə isə, bildiyimiz kimi, şəkərli diabetə gətirib çıxarır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video