26 Oktyabr 2011 04:10
410
DÜNYA
A- A+

Qəzzafi səhrada dəfn olundu

 

Dünən Müəmmər Qəzzafi Liviya səhrasında gizli şəkildə dəfn olunmuşdur. Bu barədə Milli Keçid Şurasındakı mənbəyə istinadən "əl-Cəzirə" telekanalı xəbər verir. Polkovniklə birlikdə onun oğlu Mütasim və sabiq müdafiə naziri Əbubəkr Yunis də dəfn edilmişlər.

Müəmmər Qəzzafinin ölümündən sonra onun digər oğlu Seyfəlislam üsyançılara müqavimətini davam etdirəcəyini bildirmişdir. Onun çıxışı Suriyanın "Ərrai TV" telekanalı ilə yayımlanmışdır. Müraciətində Seyfəlislam Liviya ərazisində olduğunu qeyd etmişdir. O demişdir: "Biz müqaviməti  davam etdiririk. Mən Liviyadayam, sağ-salamatam və sonadək mübarizə aparıb qisas almaq niyyətindəyəm".

Sonradan yayılan məlumata görə, Seyfəlislam Əlcəzairlə Niger sərhədindədir. O, bu iki dövlətdən birinə qaçmağa hazırlaşır.

MKŞ-dəki mənbənin dediyinə görə, Seyfəlislamın xaricə qaçması üçün ona saxta pasport verilmişdir. Bu məsələdə Qəzzafinin oğluna Liviya kəşfiyyatının keçmiş rəhbəri, bir müddət əvvəl Nigerə qaçmış Abdulla Sənusi kömək etmişdir. Xatırladaq ki, avqustun axırlarında Müəmmər Qəzzafinin həyat yoldaşı Səfiyyə, qızı Aişə və oğlanları Hannibal və Məhəmməd ailələri ilə birlikdə Əlcəzairdə sığınacaq almışlar.

Son məlumata görə, dünən Müəmmər Qəzzafinin doğma şəhəri Sirtdəki neft yanacağı anbarında güclü partlayış və yanğın baş vermişdir. Nəticədə təxminən 100 nəfər həlak olmuş, 50 nəfər yaralanmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video