Qəzet və jurnalın yeri başqadır
Bir vaxtlar elə kənd tapılmazdı ki, orada hər ailə 2-3 qəzetə, 1-2 jurnala abunə yazılmasın. Demək olar, hər kəndin də öz poçtalyonu vardı. Poçtalyonlar da onları vaxtlı-vaxtında ünvanlarına çatdırardılar. Bəziləri deyə bilər ki, indi qəzet-jurnala nə hacət? İnformasiya, kommunikasiya texnologiyaları inkişaf edərək elə səviyyəyə çatıb ki, dünyanın hər hansı nöqtəsində baş verən hadisələrdən dərhal xəbər tutmaq olur. Televiziya, radio, xəbər portalları, sosial şəbəkələr insanların informasiya tələbatını ödəyir.
Bu, səhv fikirdir. Çap mediasına bu gün də ehtiyac var, sabah da olacaq. Axı baş verən yenilikləri, qəbul olunan qərarları mətbuat səhifələrindən daha ətraflı öyrənmək olur. Kənd yerlərində bu, özünü daha çox göstərir. Xüsusilə orta və yaşlı nəslin nümayəndələri qəzet-jurnal oxumağa çox maraqlıdırlar, elə bu sarıdan daha çox korluq çəkən də onlardır. Yaşadığım Bradi, eləcə də yaxşı tanıdığım Qışlaq, Conu, Vijaker, Siyuv, Vov kəndlərində də vəziyyət belədir.
İnkişaf etmiş texnologiyanın ən son nailiyyətlərini tətbiq edən dövlətlərdə də qəzet-jurnal çap olunur. Hətta elə ölkələr var ki, avtobus dayanacaqlarında bəzi qəzetləri müvafiq yerə səliqə ilə qatlayıb yığırlar. Kim də istəyir pul ödəmədən həmin qəzetləri götürüb oxuyur, nəyi isə öyrənir.
Mətləbdən uzaq düşməyək. Kənd yerlərində yaşayanlar qəzet və jurnallara abunə yazılmaq istəyəndə ortaya belə bir sual çıxır: axı kənddə nə poçt var, nə də poçtalyon. Abunə yazılası olsaq, onları bizə kim çatdıracaq? Qəzet köşklərindən isə söz açmağa dəyməz.
Əvvəla, elə bir kənd yoxdur ki, orada mağaza olmasın. Mağaza sahibləri müntəzəm olaraq rayon mərkəzinə mal gətirmək üçün gedirlər. Əgər onlarda bu işə maraq yaradan olsa, rayon mərkəzindəki poçtdan qəzet və jurnalları da götürüb gətirərlər. Hətta mağaza sahibləri içərisindən keçib-getdikləri kəndlərin də tələbatını ödəyərlər.
Fikrimizcə, bu barədə düşünməyə dəyər.
Zəfər ƏLİYEV,
Lerik rayonu, Bradi kəndi
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb
25 Aprel
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
24 Aprel
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
24 Aprel
COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb ...
24 Aprel
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib...
24 Aprel
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
24 Aprel
XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük ö...
24 Aprel
Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb
24 Aprel
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib...
24 Aprel
Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!