20 Sentyabr 2011 01:09
440
Mədəniyyət
A- A+

Qəlbimiz sevinclə doludur

 

Ölkə başçısı cənab İlham Əliyevin sərəncamına əsasən, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bir qrup şəxsə fəxri adlar verilib. Qürur və fərəh duyuram ki, bu siyahıda mənim də adım var. Rəhbərlik etdiyim "Xarı bülbül" muğam qrupunun digər bir üzvü, balabançı Şirzad Fətəliyev və mən "Əməkdar artist" fəxri adına layiq görülmüşük.

Sənətə gəldiyimiz gündən Azərbaycan musiqisinin yüksək səviyyədə ifaçılığına və təbliğinə çalışırıq. Bizim müşayiətimizlə respublikanın çox tanınmış ustad sənətkarları muğam və xalq mahnılarımızı dövlət tədbirlərində, xarici ölkələrdə keçirilən mədəniyyət günlərində, festival və müsabiqələrdə ləyaqətlə ifa ediblər. Həm musiqiçilər, həm də ifaçılar həmişə çalışıblar ki, Azərbaycanın adını uca tutsunlar. Məqsədimiz bir olub: ölkəmizi ləyaqətlə təmsil edək.

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidməti və təşəbbüsü sayəsində Azərbaycan muğamları bu gün dünyanı fəth etməkdədir. Qürur və fərəh duyuram ki, bu milli sərvətimizin xalqlara, millətlərə, musiqisevərlərə çatdırılmasında bizim də əməyimiz var. Zəhmətimizə verilən yüksək qiymət bizim məsuliyyətimizi daha da artırır. Bu inam və təltifə görə Prezident İlham Əliyevə sonsuz minnətdarlığımızı bildirir, ürəkdən təşəkkür edirik. Nə qədər ki ürəyimin üstündə tar, əlimdə mizrab var, vətənimə, xalqıma, milli mədəniyyətimizə sidq ürəklə xidmət edəcəyəm.

 

Əliağa SƏDİYEV,

"Xarı bülbül" muğam qrupunun bədii rəhbəri, tarzən

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video