25 Dekabr 2011 03:12
361
Mədəniyyət
A- A+

Qəhrəman kimi döyüşüb, yaşayan insan

 

Ötən gün Azərbaycan Hərb Tarixi Muzeyində Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirildi. Toplantıda Müdafiə Nazirliyinin, Silahlı Qüvvələrin Baş İnspeksiyasının, Ali Hərbi və Hərbi Dəniz məktəblərinin, hərbi hissələrin, Hərbi Akademiyanın, Milli Elmlər Akademiyasının Tarix, Arxeologiya və Etnoqrafiya institutlarının, şəhər muzeylərinin nümayəndələri, həmçinin mərhum akademikin ömür-gün yoldadşı Tahirə xanım Bünyadova və digər ailə üzvləri iştirak edirdi.        

Muzeyin baş elmiş işçisi, tarix üzrə fəlsəfə doktoru Nuru Məmmədov, muzeyin elmi işlər üzrə rəis müavini, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov və başqa alimlər, tarixçilər çıxış edərək Ziya Bünyadovun şərəfli ömür yolundan danışdılar. İti zəkalı, millətpərvər akademik hər zaman düşmənlərimizin ağır daşı olub. Azərbaycan tarixinin bütün dövrlərini doğru-dürüst açıb ortaya qoyan Ziya Bünyadov təkzibolunmaz dəlillərlə subut edib ki, ermənilər Azərbaycana çox sonralar köçüblər, Qafqaz Albaniyası dövləti Azərbaycana məxsusdur. XX əsrin əvvəllərində ölkəmizdə baş verən hadisələri, Azərbaycan Xalq Cümhuriyyətinin tarixini də məhz ilk dəfə Ziya Bünyadov üzə çıxartdı.

Ulu öndər Heydər Əliyev vaxtilə Ziya Bünyadovdan danışarkən demişdi: "Ziya Bünyadov azərbaycanlıların içərisindən çıxmış az - yüz nəfərdən, bəlkə də bir az çox olan Sovet İttifaqı Qəhrəmanından biri idi və bu adı həmişə şərəflə, iftixar hissi ilə daşıyırdı..."      

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 noyabr 2011-ci ildə akademik Ziya Bünyadovun anadan olmasının 90 illiyi haqqında imzalanmış sərəncamında deyilir ki, zəngin və çoxşaxəli yaradıcılığı sayəsində Ziya Bünyadov respublikamızda tarix elminin yeni mərhələyə yüksəldilməsi işinə layiqli töhfələr vermişdir. Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair uzun illər ərzində meydana gətirdiyi fundamental tədqiqatlar, eləcə də orta əsrlərə aid çox sayda mənbələrin tərcüməsi ilə yanaşı, onlara yazdığı geniş şərhlər alimə böyük şöhrət qazandırmışdır. Azərbaycanda yeni ərəbşünas tarixçilər nəslinin formalaşmasında onun fəaliyyəti təqdirəlayiqdir. Çıxış edənlər bir daha bildirdilər ki, Ziya Bünyadov haqqında əsl sözü sağlığında özü deyib. Keçdiyi həyat yolu ilə, qranit kimi möhkəmliyi, sərtliyi, böyük alimliyi ilə özünə elə bir abidə ucaldıb ki, sonradan deyilənlər bunların yalnız naxışı ola bilər. O, qəhrəman kimi döyüşüb, qəhrəman kimi də yaşayıb.  

Akademikin həyat yoldaşı Tahirə Bünyadova Ziya müəllimlə birgə keçirdiyi acılı-şirinli xatirələrdən danışdı, onun xarakterindəki daş möhkəmliyini, təmkini, həm də səbirsizliyi, bütövlüyü, kişiliyi və böyük türkçülüyü hər bir azərbaycanlı övladında görmək istədiyini bildirdi. Toplantıda akademikin döyüş yoluna və elmi fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirildi, sərgi keçirildi.

 

Rəsmiyyə RZALI,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video