15:00 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:07 26.10.2021

26 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qədim sivilizasiyalardan keçərək bu günümüzə çatan qida

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:35 22.08.2021

 

İnsanların qida yağı ilə tanışlığı onların təxminən ətlə tanışlığı ilə eyni dövrə təsadüf edir. Qədim insanlar ilk olaraq heyvan yağlarından istifadə ediblər. Od əldə etməyi öyrənən insan eramızdan 250 min il əvvəl əti bişirərkən heyvan ətindən yağın damladığını görüb, bundan sonra onu yeməyə başlayıb.

İlk kərə yağı istehsalının harada olduğu bilinmir. Ancaq bunun heyvandarlığın başlanğıcı ilə ortaya çıxdığı düşünülür. Məlum olan ən qədim mənbə 3000 il əvvəl şumerlərdə mozaika üzərində təsvir edilib. Ancaq bu təsvirin ayran və ya kərə yağı istehsalı ilə bağlı olduğu dəqiq müəyyən edilməyib.

Kərə yağı əvvəllər kosmetika və dərman hazırlamaq üçün istifadə olunurdu. Lakin həmin vaxt insanlar kosmetik və müalicəvi xüsusiyyətlərinə görə daha çox zeytun yağından istifadə edirdilər. Kərə yağı orta əsrlərdə çox əhəmiyyətli bir ticari mal halına gəldikdən sonra onun saxlanılması üçün xüsusi çəlləklər icad edildi və yağlar dəniz yolu ilə ölkələrə daşınmağa başlanıldı.

XIX əsrin əvvəllərinə qədər kərə yağının qida maddəsi kimi əhəmiyyəti geniş məlum deyildi. Lakin XIX əsrdə sənaye inqilabı nəticəsində böyük süd və yağ müəssisələrinin yaranması kərə yağı istehsalı və istehlakında bir partlayış yaratdı. Həmin dövrdə süni soyutma texnikasının (soyuducunun) inkişafı kərə yağı kütləsini süfrə yeməyi halına gətirən əsas amil idi.

İnsanlar qədim dövrlərdən yalnız kərə yağından deyil, həm də zeytun və soya yağlarından  istifadə ediblər. Çinlilər və yaponlar eramızdan əvvəl 2000-ci ildə soya yağını, cənubi avropalılar isə eramızdan əvvəl 3000-ci ildə zeytun yağını istehsal etməyə başlayıblar.

Yunan mifologiyasına görə, Balkan yarımadası, Egey dənizi, daha sonra Sardiniya və Siciliya boyunca zeytun yağının yayılmasında kiçik tanrı Aristaeusun xüsusi rolu olub. Yunanlar onu zeytun yağının ixtiraçısı hesab edirdilər.

Zeytun yağı istehsalının eramızdan əvvəl 4500-4000-ci illərdən başladığı güman edilir. İlk zeytun məhsulunun nə vaxt və hansı sivilizasiya tərəfindən hazırlandığı dəqiq məlum deyil. Amma qədim  Krit mədəniyyətinə (Yunanıstan) aid nümunələrdə yağ istehsalı ilə bağlı olan izlər tapılıb.

Kritlilər zeytun yağı mədəniyyətinin Aralıq dənizindəki digər tayfalara yayılmasında əhəmiyyətli rol oynayıblar. Kritlilərin zeytun yağı ticarətini həyata keçirməsini təsdiqləyən ən yaxşı nümunələr Knossos və Faistos saraylarının xarabalıqları arasında tapılan 2 metrlik böyük zeytun yağı küpləri olub.  Bu nəhəng küplərlə birlikdə tapılan lövhələrdə zeytun yağı ticarətinin harada edildiyi və onun harada istehsal edildiyi haqqında məlumatlar var.

Qərb sivilizasiyasında sanballı çəkyə malik olması səbəbindən Yunanıstan daim zeytun yağı mədəniyyətinin mərkəzində yerləşib. Zeytun yağından e.ə 2500-cü illərdə Aralıq dənizində lampa yanacağı və dini mərasimlərdə, təxmini hesablamalara görə, zeytun yağı yeməklərdə isə ilk dəfə IV əsrdə istifadə edilib.

Ayaqlarla əzmək və daha sonra isti suyun köməyi ilə yağı çıxarmaq zeytun yağı əldə etməyin ilk üsulu olub. Bu üsulla zeytun yağı istehsal etmək üçün qurulan ən qədim nümunə eramızdan əvvəl VI əsrə aiddir. Həmin nümunə İzmirin Urla mahalının yaxınlığında aparılan qazıntılar zamanı tapılıb. Bu üsuldan sonra romalılar zeytunu iki daş arasında əzərək zeytun yağı əldə etmək üsulunu kəşf ediblər. Prosesin icrası zamanı hərəkətli daşı döndərmək üçün əvvəlcə insan enerjisindən, daha sonra heyvan gücündən istifadə edilib. Zaman irəlilədikcə bu üsullar da yenilənib.

 

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM