01 Avqust 2021 01:37
562
DÜNYA
A- A+

Qəddafi  Liviyaya qayıdacaq

 

Liviyada 2011-ci ilin oktyabrında “Ərəb baharı” adı ilə baş vermiş üsyanda həbs edilən Müəmmar Qəddafinin oğlu Seyfəlislam “Nyu York Tayms” qəzetinə müsahibəsində tezliklə öz ölkəsinə qayıdacağını və siyasətlə məşğul olacağını deyib.

Bu barədə AZƏRTAC-ın yaydığı xəbərdə bildirilir ki, 10 ilə yaxın gizlənən Seyfəlislam Qəddafi amerikalı jurnalist Robert Uorta müsahibəsində əsirlikdə olduğu vaxt başına gələnlərdən danışıb. O deyib ki, üsyançılar onu edam etmək istəyiblər, lakin müəyyən vaxtdan sonra bu fikirdən vaz keçiblər. Uzun illər boyu üzə çıxmamasının səbəbini izah edən oğul Qəddafi əlavə edib ki, hazırda liviyalılar inqilab illüziyasından ayılıblar və bunun şahidi olmaq üçün o, səbirlə gözləyib. London Kollecinin məzunu olan Seyfəlislam həm də atasının varisi idi və Qərb siyasətçiləri arasında dostları da vardı. O, 2012-ci ilədək Liviyanın Zintan həbsxanasında saxlanılıb və naməlum şəxslər tərəfindən qaçırıldıqdan sonra indiyədək bilinməyən yerdə gizlənib. Seyfəlislam atasının tərəfdarlarından ibarət “Yaşıl hərəkat” adlı təşkilatın yenidən Liviyanın bütövlüyünü bərpa edəcəyinə inanır. “Nyu York Tayms” yazır ki, Liviyadakı son seçkilərdə bu hərəkatın da üzvləri iştirak ediblər. Qəzetin iddia etdiyinə görə, hazırda liviyalıların 57 faizi Seyfəlislamın ölkəyə rəhbərlik etməsini istəyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video