15:56 25 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:50 25.09.2021

Qürurlu və mətin


01:45 25.09.2021

Karl Benzin benzinli...


01:45 25.09.2021

Buxardan hidrogenədək


01:41 25.09.2021

Sidneydən Londona 4 günə


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qəbələdə daha bir beşulduzlu otel – «Qafqaz Sport Hotel» açılmışdır
ANA SƏHİFƏ / SƏFƏRLƏR
01:11 19.11.2011

 

Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində noyabrın 18-də "Qafqaz Sport Hotel"in açılışında iştirak etmişdir. 

Dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi və turizm obyekti ilə yaxından tanış oldu.

Məlumat verildi ki, beşulduzlu otelin tikintisinə 2010-ci ilin martında başlanılmışdır. Avanqard və klassik arxitektura üslublarının sintezi əsasında inşa edilmiş binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunmuşdur. Yeddimərtəbəli əsas korpusdan və kotteclərdən ibarət olan oteldə 98 nömrə vardır.

Prezident İlham Əliyev otelin nömrələrində yaradılan şəraitlə yaxından tanış oldu. Bildirildi ki, nömrələrdə qonaqların yüksək səviyyədə istirahəti üçün hər cür şərait yaradılmışdır. Bütün otaqlar rəqəmli seyf, minibar, havalandırma sistemləri, peyk televiziya və  beynəlxalq telefon xətləri, simsiz internetlə təchiz edilmişdir.

Məlumat verildi ki, otelin hər bir restoranına, barına və iclas  zallarına qiymətli daşların adı qoyulmuşdur. Buradakı 300 nəfərlik "Lapis" iclas zalı bütün lazımi texniki avadanlıqla təchiz olunmuşdur. Zalda konfransların, iclasların, seminarların, təqdimat mərasimlərinin keçirilməsi nəzərdə tutulur. Otelin 134 yerlik "Mirvari" restoranında əsasən səhər yeməyi veriləcəkdir. Burada həmçinin sifarişlə işləyəcək 170 yerlik "Safir a la carte", eləcə də konfranslar, seminarlar və el şənliklərinin təşkil ediləcəyi 180 yerlik "Firuzə" restoranları da vardır. Restoranlarda qonaqlar Azərbaycan və dünya mətbəxinin ləziz təamlarını dada biləcəklər. Oteldə zəngin menyu təqdim edən bir neçə bar, eləcə də qapalı hovuz da fəaliyyət göstərəcəkdir.

Bildirildi ki, otelin idman mərkəzində təlim-məşqlərin keçirilməsi mümkündür. Azərbaycan Prezidenti burada gənc taekvondoçuların nümunəvi çıxışlarını izlədi, onlarla xatirə şəkli çəkdirdi.

Qeyd edildi ki, oteldə ayrıca SPA və sağlamlıq mərkəzi, fitnes zalı, sauna, türk hamamı, masaj otaqları, bərbərxana, gözəllik salonu və vitamin-bar da yaradılmışdır. Qonaqlar kompyuter, faks, avtodayanacaq, camaşırxana, iş mərkəzi, avtobus, tibbi yardım xidmətlərindən də istifadə edə biləcəklər.

Məlumat verildi ki, otelin ərazisində yüksək standartlara cavab verən, ailəvi istirahət üçün hər cür şəraitə malik 21 kottec inşa olunmuşdur. Burada həmçinin açıq havada hovuz, uşaq oyun meydançası da yaradılmışdır.

Dövlət başçısı oteldə yaradılmış şəraiti yüksək qiymətləndirdi, kollektivə uğurlar arzuladı.

 

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM