20 Iyun 2021 00:32
746
CƏMİYYƏT
A- A+

Qəbələ rayonunda şəhid Bəhruz Abuşovun xatirəsi yad edilib

 

Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarını tanıtmaq məqsədilə - “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı silsilə tədbirlər keçirilir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti anım tədbiri Qəbələ rayonunda, İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan mayor Abuşov Bəhruz Zabit oğlunun xatirəsinə həsr olunub.

Şəhidin doğum günündə baş tutan anım mərasiminə toplaşan Müdafiə Nazirliyinin əməkdaşları, Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndələri, Bəhruzun döyüş yoldaşları, təhsil aldığı orta məktəbin müəllim və şagird kollektivi, ailə üzvləri şəhidin dünyaya göz açdığı Nohurqışlaq kəndindəki məzarını ziyarət edib, önünə çələng qoyublar.

Sonra Qəbələ Rayon Mədəniyyət Mərkəzində şəhidin xatirə gecəsi keçirilib. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər şəhid Bəhruz Abuşovun ömür yolundan, “Dəmir yumruq” əməliyyatındakı iştirakından, döyüş meydanında göstərdiyi şücaətdən danışıblar. Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə Bəhruzun göstərdiyi qəhrəmanlığı, mübarizliyi və fədakarlığı xüsusi qeyd olunub.  Nohurqışlaq kənd orta məktəbinin şagirdləri şəhidin əziz xatirəsinə həsr etdikləri şeirlər söyləyiblər.

Şəhidin anası Sərmayə Abuşova  şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ifasında hərbi vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video