02 Avqust 2021 20:04
657
Mədəniyyət
A- A+

Qəbələ festivalında Bakı Musiqi Akademiyasının müəllimləri konsert proqramı ilə çıxış ediblər

 

Uğurla davam edən XII Qəbələ Musiqi Festivalının üçüncü günündə - avqustun 2-də Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunub. Konsertdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, yerli musiqisevərlər və şəhərin qonaqları iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsert Üzeyir Hacıbəylinin “Cəngi” əsərinin ifası ilə başlayıb. Solist respublika və beynəlxalq müsabiqələr laureatı, pianoçu Fəqan Həsənlidir. Sonra tamaşaçılara Vətən müharibəsinin qazisi, respublika və beynəlxalq müsabiqələr laureatı, bəstəkar Vüqar Məmmədzadənin Nizaminin sözlərinə bəstələdiyi “Ay üzlü nigarım” mahnısı təqdim olunub. Solist Atəş Qarayevin ifa etdiyi mahnını Əməkdar artist İlham Nəcəfzadə (ney), respublika və beynəlxalq müsabiqələr laureatları Fəridə Ələkbərli (arfa), Əkbər Məmmədov (darbuka) və Orxan Hüseynov (violençel) müşayiət ediblər.

Konsertdə, həmçinin M.Falyanın “İspan rəqsi”, İ.Bramsın “Laylay”, J.Ramonun “Quşların cəh-cəhi”, Cövdət Hacıyevin “Ballada” və digər bəstəkarların əsərləri səsləndirilib. Bakı Musiqi Akademiyasının “Lumineux” vokal ansamblının təqdim etdiyi Azərbaycan xalq mahnısı “Güləbatın” və C.Blankonun “Lumen” əsəri tamaşaçıların ürəyincə olub.

Konsertin proqramına, həmçinin “Clarte” klarnet kvartetinin üzvləri Anar Məmmədov, Emil Bağırov, Məhəmmədəli Paşazadə və Məmməd Rəcəblinin ifasında Tofiq Quliyevin “Sən mənimsən, mən sənin”, Vaqif Mustafazadənin “Yollar” və İ.Volantenin “American feelinq” əsərləri də daxil edilib.

Festivalın proqramına uyğun olaraq, axşam saat 21:00-da açıq səhnədə (Qafqaz Resort) tamaşaçılara muğam axşamı təqdim olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video