01:36 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:47 17.09.2021

SADƏ, amma QƏTİ


00:42 17.09.2021

Onun adı Nuru paşaydı...


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qəbələ Cıdır Kompleksində tikinti işləri sürətlə aparılır
ANA SƏHİFƏ / SƏFƏRLƏR
01:11 19.11.2011

 

Prezident İlham Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində noyabrın 18-də Cıdır Kompleksində aparılan tikinti işləri ilə tanış olmuşdur. 

Dövlət başçısı inşaat işlərini əks etdirən stendlərə baxdı.

Diqqətə çatdırıldı ki, Azərbaycan Atçı

lıq Federasiyasının sifarişi ilə inşa olunan kompleksin tikintisi üçün 40 hektar ərazi ayrılmışdır. İnşaat işlərinə bu ilin iyulunda başlanılmışdır. Ərazidə 4,7 min tamaşaçı yeri olan stadion, 1,6 min metrlik yaşıl ot örtüyündən və 1,6 min metrlik narın qumdan ibarət cıdır meydanı tikiləcəkdir. Bundan başqa, kompleksdə yarışları izləmək üçün 80 kvadratmetrlik monitor, 180 at üçün tövlə, jokeylər üçün 15 ev, konkur oyunları üçün açıq və bağlı manejlər, hər biri 2 min yerlik iki tamaşaçı zalı, gəzinti və istirahət parkı, kafe, restoran, xüsusi avtodayanacaqlar inşa olunacaqdır. Kompleksdə uşaqların at sürməyi öyrənmələri üçün kiçik meydança da tikiləcəkdir.

Prezident İlham Əliyev tikinti işlərinin yüksək səviyyədə aparılması üçün tapşırıq və tövsiyələrini verdi.   

 

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM