09 Iyun 2012 03:06
456
PARLAMENT
A- A+

Qazaxıstan parlamenti Senatının sədri Milli Məclisdə olmuşdur

 

Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan parlamenti Senatının sədri Kayrat Mami iyunun 8-də Milli Məclisə gəlmişdir.

Parlamentin binası önündə qonağı Milli Məclisin Sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşılamışlar.

Qazaxıstan parlamenti Senatının sədri Milli Məclisin inzibati binası ilə tanış olmuş, iclas zalına baxmış, deputatlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirmişdir.

Kayrat Mami Milli Məclisdəki Heydər Əliyev Xatirə zalına da baxmış, ulu öndərin həyat və fəaliyyətini, xarici ölkələrə səfərlərini, keçirdiyi görüşləri əks etdirən fotoşəkilləri, qəbul olunmuş qanunvericilik aktları ilə bağlı məcmuələri maraqla izləmişdir.

Sonra Qazaxıstan parlamenti Senatının sədri Kayrat Mami Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov ilə görüşmüşdür. 

Oqtay Əsədov demişdir ki, müstəqilliyimizin bərpasından sonra hər iki ölkə sürətli inkişaf yolu keçmişdir. Ölkələrimiz arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq mövcuddur. İkitərəfli əlaqələrdə parlamentlər mühüm rol oynayırlar. İnanırıq ki, sizin bu səfəriniz ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsinə yeni impuls verəcəkdir.

Milli Məclisin Sədri deputatlarımızın beynəlxalq qurumlardakı əməkdaşlığını da yüksək qiymətləndirmiş, Türkdilli Ölkələrin Parlament Assambleyasının fəaliyyətinin genişləndirilməsinin vacibliyini vurğulamışdır.

Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsindən danışan O.Əsədov Azərbaycanın ərazi bütövlüyünü və problemin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində nizamlanmasını dəstəklədiyinə görə Qazaxıstana təşəkkür etmişdir.

Kayrat Mami Bakıya səfərindən razılıq edərək burada keçirdiyi görüşlərin əməkdaşlığın inkişafına səmərə verəcəyinə ümidvar olduğunu bildirmişdir. O, siyasi və iqtisadi sahələrdəki uğurlu əməkdaşlıqdan söz açmış, beynəlxalq müstəvidəki münasibətləri də yüksək qiymətləndirmişdir. Ölkəmizi BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə təbrik edərək demişdir ki, bu, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun parlaq göstəricisidir.

Qonaq demişdir ki, Qazaxıstan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllini bundan sonra da dəstəkləyəcək, problemin nizamlanması üçün beynəlxalq təşkilatların qəbul etdikləri sənədləri müdafiə edəcəkdir.

Görüşdə qarşılıqlı səfərlərin əhəmiyyəti, beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq, qanunvericilik sahəsində təcrübə mübadiləsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.    

 

AzərTAc

Foto F.BAĞIROVUNDUR

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video