22 Aprel 2021 18:13
618
DÜNYA
A- A+

Qazaxıstan əhalisi yerli “QazVac” vaksini ilə peyvəndlənəcək  

 Qazaxıstan Bioloji Təhlükəsizlik Problemləri Araşdırma İnstitutu tərəfindən istehsal edilən “QazVac” peyvəndinin ilk 50 min dozası “SK-Əczaçılıq” mərkəzləri arasında paylanacaq və daha sonra ölkənin bütün bölgələrindəki səhiyyə şöbələrinin anbarlarına çatdırılacaq.

AZƏRTAC primeminister.kz saytına istinadən xəbər verir ki, aprelin 26-da ölkədə əhalinin “QazVac” peyvəndi ilə vaksinasiyasına başlanılacaq. May ayında növbəti partiyanın 50 min doza həcmində buraxılması planlaşdırılır. Bundan əlavə, peyvəndin istehsalı tədricən ayda 500-600 min dozaya çatdırılacaq.

Qazaxıstan vaksini Dünya Səhiyyə Təşkilatının Reyestrinə daxil edilib. Onun tam təhlükəsizliyi sübut edilib və koronavirus infeksiyasına qarşı davamlı immuniteti formalaşdırır. İnteraktiv peyvəndin üstünlüyü, peyvəndlə əlaqəli xəstəliklərə səbəb olmamasıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video