06:43 25 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:50 25.09.2021

Qürurlu və mətin\


01:45 25.09.2021

Karl Benzin benzinli...


01:45 25.09.2021

Buxardan hidrogenədək


01:41 25.09.2021

Sidneydən Londona 4 günə


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qaxın İlisu-Sarıbaş yolunda Hamamçay çayı üzərində salınmış körpü istifadəyə verilmişdir
ANA SƏHİFƏ / SƏFƏRLƏR
05:11 18.11.2011

 

Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qax rayonuna səfəri çərçivəsində İlisu-Sarıbaş yolunda Hamamçay çayı üzərində salınmış tağvari metal körpünün açılışı mərasimində iştirak etmişdir.

Dövlət başçısı "Qax şəhərinin və Əlibəyli kəndinin sel sularından mühafizəsinin baş planı"na baxdı.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə məlumat verdi ki, Qax şəhərinin çay daşqınlarından mühafizəsi məqsədilə 2009-2011-ci illərdə 1622 metr uzunluğunda dəmir-beton üzlüklü bənd vurulmuşdur. Hazırda 186 metr məsafədə işlər davam etdirilir. Rayonun Əlibəyli kəndinin sel sularından qorunması üçün isə 670 metr uzunluğunda dəmir-beton üzlüklü bənd tikilmişdir.

Azərbaycan dövlətinin başçısı, həmçinin İlisu kəndinin daşqınlardan mühafizəsinə dair işçi layihə ilə də tanış oldu. Layihəyə Kürmükçay və Hamamçay çaylarının sol sahillərində yerləşən İlisu kəndinin sel və daşqın sularından mühafizəsi, çayların yataqlarının sağ və sol yamaclarında  baş verən təhlükələrin, geoloji çökmə  proseslərinin qarşısının alınması daxildir. Layihədə Kürmükçay və Hamamçay çaylarında tikintisi nəzərdə tutulan 3470 metr uzunluğunda dəmir-beton üzlüklü istinad divarlarının 1335 metrlik hissəsində işlər başa çatdırılmışdır. Layihə üzrə İlisu kəndi ərazisində 410 metrlik drenaj şəbəkədə isə işlərin yarısı tamamlanmışdır. İşçi layihənin tərkib hissələrindən biri də Hamamçay üzərində yeni avtomobil körpüsüdür. Bu mühüm obyekt də artıq istismara hazırdır.

Prezident İlham Əliyev körpünün rəmzi açılışını bildirən lenti kəsdi.

Bildirildi ki, XVII-XVIII əsrlərə aid Qala məhəllə kompleksinin ətəyindəki bu körpünün tikintisinə 2009-cu ilin avqust ayında başlanılmışdır. Milli memarlıq ənənələrinə uyğun inşa edilən körpü rayonun Sarıbaş kəndinə avtomobillərin və piyadaların rahat və maneəsiz hərəkətini təmin etməklə yanaşı, gözəl görünüşü və möhkəmliyi ilə diqqəti cəlb edir. Körpünün metal aşırım qurğusu tağvari quruluşda, hərəkət hissəsi isə kəsilən tir sistemli olmaqla uzununa metal tirlərlə birləşdirilmişdir. Qurğunun hər iki tərəfində piyada keçidi inşa olunmuşdur. İnşaat işləri zamanı yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilmişdir. Körpünün yanaşma yolları ilə birlikdə uzunluğu 110 metr, körpü hissəsinin uzunluğu 56 metr, eni isə 6,8 metrdir. Burada yamacların gücləndirilməsi məqsədilə 110 metr uzunluğunda istinad divarı inşa olunmuşdur. Bundan başqa, körpünün yanaşma yollarında təhlükəsizliyi təmin etmək məqsədilə metal borulardan hasar çəkilmişdir. Hərəkətin təhlükəsizliyinə hərtərəfli imkan yaradan bu möhtəşəm qurğu, eyni zamanda, gözəl görünüşü ilə də diqqəti cəlb edən və orijinal dizaynı ilə seçilən memarlıq nümunələrindəndir.

Qeyd edildi ki, bütün bu layihələr yalnız yerli şirkətlər və qurumlar tərəfindən icra olunur. Meliorasiya və Su Təsərrüfatı ASC-nin sifarişi ilə təcrübəli yerli mütəxəssislər tərəfindən hazırlanmış layihələr "Azərkörpü" SC tərəfindən həyata keçirilir. Rayonun bir çox yaşayış məntəqələrini birləşdirən yolları qısaldan bu körpü ölkənin yol-nəqliyyat strukturunun təkmilləşdirilməsi və xüsusilə də regionların sosial-iqtisadi inkişafına dövlət başçısının göstərdiyi qayğının daha bir göstəricisidir.

Prezident İlham Əliyev körpünün açılışı münasibətilə təbriklərini çatdırdı. 

 

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM