15 Sentyabr 2011 12:09
352
İQTİSADİYYAT
A- A+

Qax tanınmaz olur

 

Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında Qax rayonu ilə bağlı nəzərdə tutulan tədbirlərin icrası uğurla davam etdirilir. Nəticədə rayonumuz gündən-günə inkişaf edir, daha müasir görkəm alır. Yollar, küçələr abadlaşdırılır, insanların həyatının rahatlığı, ocağının xeyir-bərəkəti artır.

Son vaxtlar yaradılan yeni iş yerləri də sosial məsələlərin həllində mühüm əhəmiyyətə malikdir. İlin əvvəlindən Qaxda 230 yeni iş yeri açılıb ki, bunun da 212-si daimidir. Rayon üzrə orta aylıq əməkhaqqı 152,1, orta aylıq pensiya isə 106,1 manat təşkil edir.

Rayonda istər elektrik, istərsə də təbii qaz istifadəsi ilə əlaqədar sayğaclaşma işinə ciddi fikir verilir. Eyni zamanda elektrik xətlərinin dayaqları dəyişdirilərək yeni dəmir-beton dayaqlarla əvəzlənir, elektrik xətlərində, transformator yarımstansiyalarında cari və əsaslı təmir işləri görülür. Bütün bunlar isə əhalinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasına müsbət təsir edir.

Rayonumuzun Marsan və Qorağan kəndləri də artıq qazlaşdırılıb. Qax şəhərinin yeni yaşayış massivlərində 60-a yaxın abonentə təbii qaz çəkilib. İlin sonunadək Əlibəyli və Almalı kəndlərinə, şəhərin və Qaxbaş kəndinin genişləndirilmiş massivlərinə qaz çəkilişinə başlanacaqdır.

Qaxın qışı sərt keçdiyindən və payız aylarında sel-daşqın ehtimalı çox olduğundan bir sıra qarşılayıcı tədbirlərə indidən başlanılıb. Artıq Nəqliyyat Nazirliyinin xətti ilə respublika əhəmiyyətli Qorağan-Qax-Zaqatala magistral avtomobil yolunun Qax-Güllük hissəsində yola 30 min kubmetr qum-çınqıl  tökülüb. Ləkit çayı üzərində körpünün tikintisi isə davam etdirilir. Bunlardan savayı, rayon Suvarma Sistemləri İdarəsi tərəfindən Kürmük çayının Ağçay və İbaxlı kəndləri ərazisindən keçən hissəsində və Qobala çayında selə qarşı 700 kubmetr qabion bənd vurulub, Kürmük çayının sahilbərkitmə bəndlərində 1020 kubmetr  daş-beton bənd təmir olunub. Həmçinin çay məcralarında selə qarşı təmizləmə işləri aparılıb, suvarma kanalları lildən təmizlənib. Rayon icra hakimiyyətinin xətti ilə "Əfqan" firması tərəfindən Qobala çayında mövcud kanalın 100 p/m hissəsi əsaslı təmir olunub, 50 p/m yeni dəmir-beton kanal çəkilib. Habelə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin xətti ilə podratçı təşkilat olan "Azərkörpü" ASC tərəfindən Kürmük çayı hövzəsi boyunca şəhərin təhlükəsizliyini təmin etmək məqsədilə selə qarşı 5523 kubmetr dəmir-beton, 9522 kubmetr buta-beton mühafizə bəndləri tikilib. İlisu-Sarıbaş yolunda 60 p/m-lik körpünün inşası başa çatdırılıb. Bu sıradan digər tədbirlər də həyata keçirilir.

Rayonda Dövlət Proqramının icrası çərçivəsində, eləcə də xüsusi vəsait hesabına tikinti işləri geniş vüsət alıb. Qax şəhərindəki idman kompleksində, DSMF-nin rayon filialının inzibati binasında, 180 şagirdlik Qıpçaq kənd tam orta məktəbinin binasında tikinti işləri davam edir.

Qaxbaş kəndinin ərazisində "El Resort" otelinin, rayondaxili və rayonlararası avtovağzalın, YAP-ın rayon şöbəsinin yeni inzibati binasının, Alatəmir kəndində "Qax mineral suları" zavodunun, Qapıçay çayından Güllük kəndinin  əkin sahələrinin suvarılması məqsədilə suötürücü stansiyanın, həmçinin bir çox obyektlərin inşası artıq başa çatdırılıb. Şəhərdə dördmərtəbəli yaşayış kompleksinin, Qaxbaş kəndi ərazisində doqquzmərtəbəli yaşayış binasının, ikimərtəbəli ticarət mərkəzinin, "El Resort" otelinin ikimərtəbəli konfrans zalının, İlisu kəndi ərazisindəki "Səngər Bulaq" istirahət mərkəzində dördmərtəbəli otelin, Qarabaldır kəndi ərazisində süd məhsulları emalı müəssisəsinin tikintisi isə davam edir.

Bir sözlə, Qaxda qarşıya qoyulan vəzifələr uğurla icra olunur. Dövlətimizin qayğısı sayəsində görülən işlər, həyata keçirilən tədbirlər deməyə əsas verir ki, tezliklə rayonumuz daha müasir bölgələrdən birinə çevriləcək.

 

Məhərrəm MƏHƏRRƏMOV,

Qax RİH-in şöbə müdiri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video