08:24 17 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:24 17.10.2021

17-18 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qarabağın dirçəlişində sənin də töhfən olsun!

ANA SƏHİFƏ / ELANLAR
00:14 18.09.2021

 

“Azercell” abunəçiləri üçün Qarabağ Dirçəliş Fonduna birbaşa ianə imkanı yaradıldı

 

“Azercell Telekom” MMC Qarabağın dirçəliş prosesində iştirak edib, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində görüləcək tədbirlərə dəstək olmaq istəyən abunəçilərinə Qarabağ Dirçəliş Fonduna ianə etmək üçün xüsusi imkan yaradıb.

Sadəcə bir SMS-lə Qarabağda bütün sahələrdə bərpa-quruculuq və abadlıq işlərinin aparılması üçün fonda ianə etmək mümkündür.

Abunəçilər mobil telefondan 8112 qısa nömrəsinə 1, 3, 5, 10, 20, 50 rəqəmlərini yazıb  SMS göndərməklə öz balanslarından 1 AZN, 3 AZN, 5 AZN, 10 AZN, 20 AZN və 50 AZN məbləğində ianə edə bilərlər.

SMS-lərin göndərilməsi üçün abunəçilərdən xidmət haqqı tutulmur!

Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsi və sərmayələrin cəlb edilməsi istiqamətində fəaliyyət göstərir (https://qdf.gov.az).

“Azercell Telekom” MMC abunəçiləri üçün bu imkanı yaratmaqla hər kəsi Qarabağda aparılan quruculuq işlərini dəstəkləməyə, bu mühüm missiyanın bir parçasına çevrilməyə çağırır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM