09 Sentyabr 2021 00:25
893
SİYASƏT
A- A+

“Qarabağ, normal həyata dönməyi ləngidən minalar”

 

İtaliyanın nüfuzlu “il Giornale” qəzetinin və həmin qəzetə bağlı “Insideover” analitik portalının jurnalisti Emanuel Pietrobonun ölkəmizə səfəri ilə bağlı silsilə yazıları davam edir. Bu xüsusda, növbəti məqalə kimi müəllifin “Qarabağ, normal həyata dönməyi ləngidən minalar” sərlövhəli məqaləsi işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, müharibənin rəsmi olaraq noyabrın 9-da sona çatmasına baxmayaraq, Cənubi Qafqazın açıq damarında müharibədən sonrakı problemlərin qalmaqda olduğunu deyən müəllif müharibədən qalib çıxmış və regionun lider dövləti olan Azərbaycanda Gəncənin bombalanmasının qoyduğu izlərlə yanaşı, azad edilmiş ərazilərin minalardan təmizlənməsi, bərpası və yenidən qurulması kimi məqsədlərin olduğunu qeyd edib.

E.Pietrobon müharibənin bitməsinə baxmayaraq, minaların partlaması səbəbindən Qarabağda insanların hələ də həlak olduğunu deyir və diqqəti həyatını itirmiş çoxsaylı hərbçilərin, mülki vətəndaşların və jurnalistlərin sayına çəkib. O bildirir ki, Azərbaycanın öz suverenliyini bərpa etdiyi ərazilərdə ermənilər tərəfindən 1990-cı illərdən etibarən basdırılması və onların xəritəsinin təqdim edilməməsi səbəbindən həddən artıq sayda insan həyatını itirir. Bu xüsusda müəllif Ağdam, Füzuli və Zəngilanda basdırılmış minaların sayı barədə məlumat verərək onların çox bir hissəsinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən zərərsizləşdirildiyini və bu istiqamətdə işlərin davam etdirildiyini diqqətə çatdırır.

“Minalara diqqət” lövhəsinin işğaldan azad edilmiş ərazilərdə tez-tez rast gəlindiyini bildirən müəllif qeyd edir ki, bu ərazilərdə istər hərbçilər, istərsə də mülki vətəndaşlar ehtiyatlı davranmalıdırlar, çünki hər atılan addım son addım ola bilər. O bildirir ki, yenidən canlandırılan Füzuli və Şuşadan keçərkən ruhlar şəhəri Ağdamdan açıq məzarlıq Cəbrayıla qədər hər yerdə ingilis və Azərbaycan dillərində xəbərdarlıq lövhələri yerləşdirilib. Müəllif Qarabağın postsovet məkanında ən yüksək mina sıxlığına malik olduğunu, hətta planetdə ən çox minalanmış ərazilərdən biri olduğunu vurğulayır.

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərində basdırılmış minaların dəqiq sayının bəlli olmadığını bildirən E.Pietrobon mövcud problemin ağırlığını faktlar və rəqəmlərlə göstərir, bu xüsusda, səfərdə olduğu Füzuli rayonunda hər 1 metr ərazidə birdən çox minanın basdırıldığını diqqətə çatdırır.

Sonda müəllif qeyd olunanlara rəğmən cəsur ANAMA heyəti sayəsində ərazilərin təmizlənməsi istiqamətində işlərin aparıldığını və Azərbaycan ərazilərinin getdikcə canlandırıldığını bildirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video