23 Sentyabr 2021 21:15
875
Elm və texnika
A- A+

Qarabağ irsi: mədəniyyət, memarlıq, incəsənət” adlı konfrans keçirilib

 

AMEA-da Vətən müharibəsinə həsr edilmiş “Zəfər dərsləri” elmi həftəsi çərçivəsində növbəti tədbir Memarlıq və İncəsənət İnstitutunda keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Onlayn təşkil olunan “Qarabağ irsi: mədəniyyət, memarlıq, incəsənət” adlı beynəlxalq konfrans Humanitar Elmlər Bölməsi, Memarlıq və İncəsənət İnstitutu və Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib. Konfransda Türkiyə, İran, Qırğızıstan və Yaponiyanı təmsil edən elm adamları iştirak ediblər.

Tədbirin plenar hissəsində çıxış edən AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli erməni vandalları tərəfindən işğal olunmuş torpaqlarımızın Prezident İlham Əliyevin rəhbərliyi altında azad olunması uğrunda gedən Vətən müharibəsinin birinci ildönümünə həsr edilən “Zəfər dərsləri” həftəsinə start verildiyini və bununla bağlı olaraq AMEA-nın institut və təşkilatlarında tədbirlər keçirildiyini diqqətə çatdırıb. Akademik bildirib ki, AMEA-nın müəssisələrində keçiriləcək bu tədbirlərin məqsədi Ali Baş Komandan və rəşadətli ordumuz sayəsində əldə olunan zəfəri elmi cəhətdən təbliğ etmək, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır. Alim bu zəfərin Azərbaycan tarixində nadir hadisə olduğunu vurğulayıb.

Sonra Azərbaycan Memarlar İttifaqının sədri, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının vitse-prezidenti professor Elbay Qasımzadə və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova elmi cəhətdən əhəmiyyət kəsb edən konfransın əhəmiyyətindən bəhs ediblər. Sənət mərkəzi olan Qarabağda incəsənətin və memarlığın bütün növlərinin olduğunu, lakin bir sıra memarlıq abidələrinin erməni qəsbkarlar tərəfindən tamamilə məhv edildiyinin acı həqiqət olduğunu qeyd ediblər.

Tədbirdə çıxış edən Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə təsviri sənətin ən maraqlı növlərindən biri olan şəbəkə sənəti haqqında məruzə edib. Məruzənin mövzusu “Şuşa memarlığında şəbəkə sənəti” olsa da, Azərbaycana məxsus olan fərqli və eynilik təşkil edən şəbəkələr haqqında maraqlı təsvirlər slaydlarda nümayiş etdirilib. Alim Azərbaycanın müxtəlif bölgələrində və eləcə də İrəvan şəhərində mövcud olan müxtəlif şəbəkə növlərinin müqayisəli təhlilini göstərməklə yanaşı şəbəkə sənətinin tarixi xüsusiyyətlərindən də bəhs edib.

Daha sonra “Azərbaycan təsviri sənətində Qarabağ mövzusu”, “Şuşa şəhərində Müqəddəs Vəftizçi İohan kilsəsinin bərpası”, “Müharibələrin mədəniyyət üzərində təsiri”, “Hərbi vaxtın folkloru haqqında düşüncələr” və digər bir-birindən maraqlı məruzələr təqdim olunub. Məruzələrdə Azərbaycanın zəngin mədəniyyət xəzinəsi olan Qarabağın memarlıq və incəsənətinə ermənilər tərəfindən dəymiş zərər, bu istiqamətdə yaranan problemlər, məhv edilən memarlıq abidələri və İkinci Qarabağ müharibəsinin həyəcanlı anları, həmçinin Qələbə sevinci qeyd edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video