13:19 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:59 21.10.2021

21 oktyabr


01:54 21.10.2021

BİLDİRİŞ


01:53 21.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qanunvericilikdə bələdiyyələrlə bağlı dəyişikliklər ediləcək
ANA SƏHİFƏ / PARLAMENT
02:09 13.09.2012

 

Sentyabrın 12-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. Komitənin sədri Arif Rəhimzadə öncə yaz və növbədənkənar sessiyalar dövründə rəhbərlik etdiyi komitədə görülən işlər barədə hesabat verdi. Onun sözlərinə görə, komitə Milli Məclisin 2012-ci il yaz sessiyasının qanunvericilik işləri planına və komitənin 24 yanvar tarixli iclasında təsdiq olunmuş iş planına uyğun fəaliyyət göstərib. Komitənin 8 iclası keçirilib və 12 məsələyə baxılıb. A.Rəhimzadə qeyd edib ki, komitənin iclaslarında bir çox mühüm məsələlər müzakirə edilib. Bunların sırasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Bələdiyyələrin əraziləri və torpaqları haqqında", "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanunlarda dəyişiklik edilməsi barədə layihələr olub.

Komitənin 24 yanvar 2012-ci il tarixli iclasında Milli Məclisin 2011-ci il payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabat dinlənilib və onun fəaliyyəti müsbət qiymətləndirilib. Sessiyalar müddətində qanunvericilik təşəbbüsü qaydasında daxil olan layihələrin hamısı Milli Məclisdə qəbul olunub. A.Rəhimzadənin sözlərinə görə, komitənin üzvləri AŞ PA, ATƏT PA, MDB PA, TürkPA-nın sessiyalarında və digər beynəlxalq tədbirlərdə iştirak ediblər.

Yaz və növbədənkənar sessiyalar ərzində komitənin ünvanına daxil olan 125 məktub, təklif və şikayətə müvafiq qaydada baxılıb və komitə üzvləri tərəfindən 485 nəfər vətəndaş qəbul edilib.

Sonra Arif Rəhimzadə Regional məsələlər komitəsinin 2012-ci il payız sessiyası üçün iş planının layihəsini təqdim edib. Onun sözlərinə görə, payız sessiyasında "Bələdiyyələrin hesabatları haqqında", "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilmiş "Bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə", "Torpaq Məcəlləsində dəyişiklik edilməsi barədə", "Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" qanun layihələri müzakirə ediləcək.

İclasda komitənin üzvləri Fəzail İbrahimli, Tahir Rzayev, Rüstəm Xəlilov, Azər Badamov, eləcə də Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Ramiq Həşimov çıxış edərək komitənin yaz sessiyasında gördüyü işləri müsbət qiymətləndiriblər.

 

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM