30 Yanvar 2014 01:01
527
PARLAMENT
A- A+

Qanunvericilik işləri planı təsdiqlənir

 

Dünən Milli Məclisin Sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib. İclasda ötən sessiyalar ərzində komitənin hazırladığı qanun layihələri və yeni qanunvericilik sənədləri ilə bağlı müzakirələr aparılıb.

Komitə sədri Hadı Rəcəbli bildirib ki, 2011-2013-cü ilərdə komitə tərəfindən  49 sənəd hazırlanaraq Milli Məclisin plenar iclasına təqdim olunub. H.Rəcəbli deyib ki, bəzən komitədə hər sessiya ərzində 4 qanun layihəsi müzakirəyə çıxarılıb.

Sonra iclasın gündəliyində olan "Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair" sazişin təsdiq edilməsi barədə qanun layihəsi haqqında məlumat verilib. Bildirilib ki, saziş iki dövlət arasındakı işçi mübadiləsini tənzimləmək, mövcud dostluq və qardaşlıq münasibətlərini gücləndirmək, əməkdaşlığı və tərəfdaşlığı dəstəkləmək, iqtisadiyyatın inkişafına töhfə vermək məqsədi daşıyır. Bu saziş hər hansı sahə məhdudiyyəti olmadan bir tərəfin dövlətinin ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb ediləcək digər tərəfin dövlətinin vətəndaşlarını əhatə edir. Sənədə əsasən, tərəflər işçilərin üzləşdiyi və ya üzləşə biləcəyi problemlərin həll edilməsi üçün məlumat mübadiləsi aparır, səlahiyyətləri çərçivəsində zəruri köməkliyin göstərilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirirlər.

İclasda müzakirə edilən digər qanun layihəsi isə "Azərbaycan Respublikası hökuməti və Belarus Respublikası hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında" sazişin təsdiq edilməsi barədədir. Sazişə əsasən, tərəflər öz dövlətləri ərazisində daimi (Azərbaycanda həmçinin müvəqqəti) yaşayan, o cümlədən digər tərəf dövlətinin ərazisindən gəlmiş (köçmüş) bütün vətəndaşlara pensiya təminatı sahəsində öz vətəndaşları ilə eyni hüquqları verir. Həmçinin pensiya təminatının həyata keçirilməsi ilə əlaqədar bütün xərcləri təminatı həyata keçirən tərəfin dövləti ödəyir.

Müzakirələr zamanı hər iki qanun layihəsinin vacibliyi vurğulanıb və Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonda Sosial siyasət komitəsinin 2014-cü il yaz sessiyasının qanunvericilik işləri planı da təsdiq edilib.

 

Elgün MƏNSİMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video