18:22 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Püşkdə bəxtim gətirmədi”

ANA SƏHİFƏ / İDMAN
00:22 28.07.2021

 

“Hamı burada medal qazanmağımı istəyirdi. Təəssüf ki, medalsız qaldım”. Bunu Azərbaycan yığmasının cüdoçusu Rüstəm Orucov Tokio Yay Olimpiya Oyunlarındakı çıxışını dəyərləndirərkən deyib.

73 kq çəki dərəcəsində mübarizə aparan yığmamızın bayraqdarı 1/4 final mərhələsində yaponiyalı Şohei Onoya, bürünc medal döyüşündə isə cənubi koreyalı An Çanqrimə məğlub olub və yarışı 5-ci pillədə tamamlayıb.

Rüstəmin fikrincə, Ono ilə erkən qarşılaşmaq onun medal şansının əlindən alıb: “Püşkdə də bəxtim gətirmədi. Üçüncü görüşdə Olimpiya çempionu ilə qarşılaşmalı oldum. Həmin görüşdə bütün gücümü itirdim. Ondan sonra bərpa oluna bilmədim ki, sona qədər mübarizəni davam etdirib 3-cü yeri tutum. Bilmirəm, bəlkə də, belə qismət idi”.

30 yaşlı Avropa çempionu yenidən əvvəlki formasını bərpa etməyə çalışacağını əlavə edib: “Necə olacağını bilmirəm. Hələ ki, özümə gələ bilməmişəm. Özümü toparlayıb yenidən forma yığa bilsəm, hər kəs görəcək. Mənə dəstək olanların hamısına təşəkkür edirəm”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM