05:36 20 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:57 19.09.2021

Saxta erməni iddiaları


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Proteinin qüvvəsi
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:04 11.07.2021

 

İnsan orqanizmi üçün enerji və protein mənbəyi hesab olunan əsas qida mənbəyi qırmızı ət hesab olunur. Adətən mətbəximizdə qırmızı ət növlərindən mal və qoyun ətinə üstünlük verilir.

Mütəxəssislər bildirir ki, insan bədənində məhv olmuş toxumaların yenilənməsində və yeni hüceyrələrin əmələ gəlməsində amin turşuları iştirak edir. Amin turşuları isə zülallardan əmələ gəlir ki, bunların da əsas mənbəyi ətdir. Fitoterapevt Füzuli Hüseynov məlumat verir ki, zülallar həm də bitkilərdə, əsasən ləpəlilərdə də var, amma bitkilərdəki zülallar heyvani zülallar qədər tam parçalanmır. Əgər insan uzun müddət ət yeməzsə və bədənin tələb etdiyi zülalları bitkilərdən alarsa, onda həmin insanda ödemlər (şişmələr) əmələ gələcəkdir. Bunun səbəbi bitki zülallarının natamam parçalanması və mənimsənilə bilməməsidir.

Bundan başqa, ətin tərkibində dəmir, sink, fosfor, kalium, kalsium və s. minerallar var. Həmin minerallar bitkilərin də tərkibində var, lakin liflərlə birgə olduğundan ət qədər sorula bilmir.

Həkim söyləyir ki, əgər insan qırmızı ət yeməzsə, onda güclü əzələ qıcolmaları baş verər. Bu isə qanın birdən-birə sürətlə beyinə yüksək təzyiqlə axması ilə nəticələnər və sonda beyin hüceyrələrinin məhv olmasına gətirib çıxarar.

 

Nə qədər ət?

Türkiyəli dosent-doktor Mustafa Ərbaş gündəlik protein ehtiyacını ödəməsi üçün bir şəxsin sağlam çəkisinin kiloqramı başına 1 qram qırmızı ət istehlak etməli olduğunu bildirir. Həkim bu cür qidalanmanın sadəcə bədənin fiziki sağlamlığı üçün deyil, ruhi sağlıq üçün də əhəmiyyətli olduğunu vurğulayaraq bildirir ki, xüsusilə B12 və dəmir baxımından zəngin qida olan qırmızı ətin yeyilməsi həyati əhəmiyyət daşıyır: “Bu baxımdan bədənin ehtiyaclarını ödəməmək bəzi fiziki və davranış problemlərinə də səbəb ola bilər”.

Həkim qeyd edir ki, qırmızı ətin yüzdə 75 faizi su, 25 faizi isə quru maddədir. Quru maddənin isə əhəmiyyətli bir qismi proteindir. Buna görə də gündəlik protein ehtiyacını ödəmək üçün qırmızı ət istehlak etmək vacibdir.

Aparılan araşdırmaların da adambaşına həftədə yarım kiloqrama qədər qırmızı ət yeməyin önəmli olduğunu ortaya qoyduğuna diqqət çəkən mütəxəssis balanslı qidalanmaq üçün həftədə bir gün yarım kilo ət yemək əvəzinə bu miqdarı günlərə bölərək istehlak etməyin daha məqsədəuyğun olduğunu bildirir: “Sağlıqlı insanların təxminən 70 kiloqram civarında olacağını düşünsək, həftədə 500 qram qırmızı ət, gündəlik olaraq təxminən 70 qram istehlaka uyğun gəlir. Yəni kilo başına yeyilən 1 qram ət balanslı və sağlıqlı qidalanmaq üçün əhəmiyyətlidir”.

M.Ərbaş ətin doğru şəkildə bişirilməsinin əhəmiyyətli olduğunu vurğulayaraq, qidanın tərkibindəki amin turşuların, vitaminlərin qorunaraq, yeyilməyə hazır hala gətirilməsinin vacibliyini bildirir. Bunun üçün də tövsiyə edir ki, əti manqal və qızartma üsulu ilə deyil, qaynadaraq bişirmək məsləhətdir. Xüsusilə sümüklü ət və sümük suyunun istifadəsinə üstünlük vermək lazımdır.

 

Sağlıq istəsən çox yemə...

Aparılan yeni araşdırmalar isə ət və işlənmiş ət məhsullarının (sosis, kolbasa və. s) həddindən çox yeyilməsinin ciddi sağlıq problemləri ortaya çıxardığını, hətta yaşam müddətinin qısalmasına səbəb olduğunu təsdiqləyib.

ABŞ və Çində 54 min qadının və 28 min kişinin ət istehlakı alışqanlıqlarının öyrənilməsinə yönələn araşdırma əsnasında baş verən 14 min ölümün səbəblərinin başında ürək-damar xəstəliklərinin və xərçəngin gəldiyi məlum olub. Araşdırmanın nəticələrində həftə ərzində artıqlaması ilə istehlak edilən 3.5 porsiya qırmızı ətin ölüm səviyyəsini yüzdə 10 faiz artırdığı da əksini tapıb.

Ümumdünya Səhiyyə Təşkilatı həddindən çox yeyilən qırmızı ət və işlənmiş ət məhsullarını kanserogen sinfinə aid edərək bu cür məhsulların istehlakının azaldılmasını tövsiyə edib və qırmızı ətin həftəlik 500 qramla məhdudlaşdırılmasının qan-damar xəstəlikləri və xərçəngə tutulma riskini azaltdığını bildirib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM