20 Sentyabr 2021 12:10
897
CƏMİYYƏT
A- A+

Prezidentin xüsusi nümayəndəsi: Qarabağ bölgəsi, o cümlədən Şuşa şəhəri “yaşıl enerji” zonası olacaq

 

On aya yaxındır ki, Şuşada tikinti, bərpa və yenidənqurma işləri həyata keçirilir. İlk növbədə, şəhərin infrastrukturunun yenidən qurulması ilə bağlı layihələrə başlanılıb.

Bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib.

Aydın Kərimov deyib: “İnfrastruktur layihələri içərisində şəhərin elektrik enerjisi ilə təminatı xüsusi əhəmiyyət kəsb edir. Artıq 110/35/10 kilovoltluq yarımstansiya tam fəaliyyət göstərir. Prezidentin Sərəncamına müvafiq olaraq şəhərdə istilik təchizatı sisteminin qurulmasına da başlanılıb. Bu ilin sonunadək 7 qazanxana tikiləcək. Onların əksəriyyəti elektrik enerjisi ilə işləyəcək. Bütün Qarabağ bölgəsi, o cümlədən Şuşa şəhəri “yaşıl enerji” zonası olacaq və biz maksimum dərəcədə çalışacağıq ki, dayanıqlı enerji mənbələrindən istifadə edək”.

Şuşa şəhərinin su təchizatı üçün də tədbirlər görülür. “Azərsu” ASC ilə birlikdə su mənbələrindən şəhərə daxil olan xətlərin böyük əksəriyyətinin bərpasına başlamışıq. 1970-1980-ci illərdən bəri təmir olunmayan köhnəlmiş xətlərdir. 30 ilə yaxın işğal dövründə erməni işğalçıları tərəfindən bu sahədə heç bir iş aparılmayıb, əksinə, həmin xətlər yararsız hala salınıb”, - deyə Prezidentin xüsusi nümayəndəsi vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video