01:34 14 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
00:49 13.06.2021

Erməni xəyanəti


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Prezidentin Mətbuat Xidmətinin məlumatı
ANA SƏHİFƏ / MƏKTUBLAR
15:35 14.05.2021


Mayın 14-də Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir. Əfqanıstan Prezidenti dövlətimizin başçısını və Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik etmiş, firavanlıq arzularını çatdırmışdır.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Əfqanıstan Prezidentinə minnətdarlığını bildirmiş və öz növbəsində Məhəmməd Əşrəf Qanini və Əfqanıstan xalqını Ramazan bayramı münasibətilə təbrik edərək sülh və əmin-amanlıq arzulamışdır.

Əfqanıstan Prezidenti Azərbaycanın ölkəsinə verdiyi dəstəyə görə bir daha dövlətimizin başçısına təşəkkür etmişdir. Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan müharibəsi dövründə Əfqanıstanın Azərbaycana göstərdiyi dəstəyə görə Məhəmməd Əşrəf Qaniyə bir daha minnətdarlıq ifadə etmişdir.

Söhbət zamanı Azərbaycanla Əfqanıstan arasında dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə edilmiş, əlaqələrimizin daha da möhkəmlənəcəyinə əminlik bildirilmişdir. 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM