05:24 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 22.10.2021

22 oktyabr


00:14 22.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Prezident İlham Əliyevin inkişaf siyasəti qələbəmizi təmin etdi

ANA SƏHİFƏ / SİYASƏT
00:38 26.09.2021

 

Ermənistanın ağır hərbi-siyasi məğlubiyyətə uğradılması və 30 ilə yaxın işğal altında qalan ərazilərimizin azad olunması ilə nəticələnən İkinci Qarabağ savaşının başlanmasının birinci ili tamam olur. Cəmi 44 gün davam edən bu müharibədə Azərbaycan özünün beynəlxalq hüquqlarını, pozulmuş ərazi bütövlüyünü güc yolu ilə bərpa etdi, öz milli haqqına sahib çıxdı.

30 ilə yaxın idi ki, beynəlxalq ictimaiyyət, xüsusən problemin həllində vasitəçilik edən tərəflər münaqişənin güc yolu ilə həllinin mümkünsüzlüyünü təlqin edirdilər. Amma bu müddət ərzində bir dəfə də olsun işğala son qoyması üçün Ermənistana qarşı təzyiqlərin edilməsini görmədik.  Vasitəçilər, beynəlxalq təşkilatlar bir dəfə də olsun işğalçı dövlətin vandallığına, Qarabağın tarixinin saxtalaşdırılmasına, işğal olunmuş ərazilərimizin qanunsuz məskunlaşdırılmasına, bu torpaqlardakı maddi sərvətlərin talanmasına etirazlarını bildirmədilər, həmişə susqunluq nümayiş etdirdilər.

Bütün bunlar erməni təəssübkeşliyindən irəli gələrək Azərbaycan torpaqlarını ilhaq etmək, Qarabağda ikinci erməni dövlətinin yaradılmasına nail olmaq niyyətindən başqa bir şey deyildi. Düşünürdülər ki, zaman keçdikcə Azərbaycan öz mövqeyindən çəkiləcək, Ermənistanın maraqlarına uyğun kompromislərə gedəcək. Amma bir məsələni unutdular ki, hələ zəif vaxtlarında belə öz mövqeyindən bir addım geri çəkilməyən Azərbaycan gücləndikdə torpaqlarını işğaldan azad etmək üçün daha qətiyyətli, daha əzmkar olacaq.

Belə də oldu. Öz yüksəlişi ilə Cənubi Qafqazın lideri olan, regionun hərbi baxımdan qüdrətli dövlətinə çevrilən  respublikamız işğala güc yolu ilə son qoymaqla Qərb siyasi mərkəzlərinin onilliklər boyu müharibənin yolverilməzliyi barədə formalaşdırdıqları stereotipləri dağıtdı və göstərdi ki, heç vaxt ərazilərinin işğal altında qalmasına imkan verməycək. Bu müharibə ilə Prezident İlham Əliyev bir siyasi lider kimi dövlətinin və xalqının hüquqlarını güc yolu təmin etməyin nümunəsini ortaya qoydu.

Xüsusilə qeyd etmək lazımdır ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi kompleks inkişaf siyasəti bu qələbəni sürətlə yaxınlaşdırdı və reallığa çevirdi. Bu siyasət hər bir uğuru ilə torpaqlarımızın azad edilməsi üçün tarixi şəraitin formalaşmasını təmin etdi, ərazi bütövlüyümüzün bərpa olunmasının konturlarını cızdı. İlham Əliyev Ali Baş Komandan kimi ordumuzu qarşısında dayanan bütün vəzifələri yerinə yetirməyə qadir mükəmməl hərbi gücə çevirdi, ötən illər ərzində siyasi-diplomatik ustalıqla davamlı şəkildə Ermənistanın ifşasına nail oldu.

Vətən müharibəsində isə Prezident İlham Əliyevin torpaqlarımızın azadlığı uğrunda əzmkarlığı, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi iradə hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha da sıx birləşdirdi. Ali Baş Komandanın xalqa hər bir müraciəti tarixi hadisəyə çevrilərək, xalqımızı daha da ruhlandırdı, Ermənistan üzərində qələbəni sürətlə yaxınlaşdırdı və reallığa çevirdi.

İşğaldan azad olunmuş torpaqlarımızın hər qarışı bizim üçün əziz, həm də müqəddəsdir. Çünki bu torpaqlara onun azadlığı uğrunda canından keçən şəhidlərimizin qanı hopub. Qəhrəman Vətən övladları bu torpaqlar uğrunda ölümün gözünə dik baxdılar, canlarını fəda etməkdən belə çəkinmədilər. Öz qanları ilə tariximizə min illərin o üzündə şərəflə xatırlanacaq bir salnamə yazdılar. Şəhidlərimizin qanı yerdə qalmadı, intiqamları artıqlaması ilə alındı. Şəhidlərimizin uğrunda mübarizə apardıqları vətən torpaqları isə artıq işğaldan azaddır. İndi bu torpaqlardan öz sahiblərinin səsi gəlir. Bu torpaqların sahibi olan xalqımız onu yenidən qurur, bərpa edir.

Prezident  İlham Əliyevin hər zaman çıxışlarında bəyan etdiyi kimi, Qarabağda ikinci erməni dövlətinin yaradılmasına imkan verilmədi. 44 günlük müharibədəki qələbə ilə Ermənistanın baş naziri Nikol Paşinyanı kapitulyasiya aktına imza atmağa məcbur edən Prezident İlham Əliyev Dağlıq Qarabağ problemini tam aradan qaldırdı. Artıq Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, üçtərəfli bəyanatdan irəli gələrək regionda yeni əməkdaşlıq imkanları yaranıb. Bütün bunlar həm də Cənubi Qafqazda yeni reallıqların ortaya çıxması deməkdir. Regionun rifahı və inkişafı da bu reallıqların davam etdirilməsindən keçir. Ermənistanın rəhbərliyi və bu ölkədəki revanşist dairələr bu reallıqları qəbul etməyə məhkumdurlar. Çünki müharibənin qalibi və regionun aparıcı dövləti olan Azərbaycan Ermənistana başqa imkan buraxmayıb.

44 günlük Vətən müharibəsinin nəticəsi göstərdi ki, Azərbaycanda həyata keçirilən siyasi kurs dövlətimizi və xalqımızı qələbələrə aparan alternativsiz yoldur. Qarşıda isə bizi yeni qələbələr və uğurlar gözləyir. Qarabağın və Şərqi Zəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması ilə Vətən müharibəsindəki qələbə sevincimiz daha da yüksələcək.

 

Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM