25 Sentyabr 2021 21:06
728
SİYASƏT
A- A+

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı Misir mətbuatının diqqət mərkəzindədir

 

Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasında videoformatda təqdim olunan çıxışı Misir mətbuatının diqqət mərkəzindədir.

“Aldiplomasy” portalı AZƏRTAC-a istinadla Prezident İlham Əliyevin çıxışının ərəb dilində tam mətnini yayımlayıb. Misirin nüfuzlu “Əxbar Əl Yom” və “Əl Dustur” qəzetlərində dərc olunmuş məqalələrdə isə dövlətimizin başçısının çıxışındakı əsas məqamlar yer alıb.

Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev Qarabağ münaqişəsinin 30 ildən sonra həll edildiyini və tarixi ədalətin, Azərbaycanın ərazi bütövlüyünün təmin olunduğunu bildirib. Azərbaycanın dövlət başçısı sözügedən münaqişənin artıq tarixə qovuşduğunu və ləğv edilmiş Dağlıq Qarabağ muxtar vilayətinin Qarabağ və Zəngəzur iqtisadi zonalarına daxil olduğunu deyib.

Məqalələrdə Prezident İlham Əliyevin münaqişədən sonrakı vəziyyətlə əlaqədar fikirləri sitat gətirilir: “Münaqişə başa çatdığından Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu artıq bəyan edib. Belə bir saziş regionumuzu sülh və əməkdaşlıq regionuna çevirə bilər. Lakin, biz hələ də təklifimizlə bağlı Ermənistandan müsbət reaksiya görməmişik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video