19 Oktyabr 2021 23:19
1027
Qəbullar
A- A+

Prezident İlham Əliyev Xorvatiyanın xarici və Avropa işləri üzrə nazirini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radmanı qəbul edib.

AZƏRTAC xəbər verir ki, nazir Qordan Grliç Radman Xorvatiya rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Xorvatiya rəhbərliyinə çatdırmağı xahiş etdi.

Görüşdə Qordan Grliç Radmanın Azərbaycana səfərinin ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılması üçün yaxşı imkan yaratdığı bildirildi, Azərbaycan-Xorvatiya əlaqələrinin inkişafından məmnunluq ifadə edildi, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğu vurğulandı, turizm sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıldı, enerji, o cümlədən bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi.

Söhbət zamanı Xorvatiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işlərində iştirakda maraqlı olduqları bildirildi.

Görüşdə, həmçinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı məsələlərinə toxunuldu və Xorvatiyanın bu məsələdə hər zaman Azərbaycanı dəstəklədiyi vurğulandı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video