11:18 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin İsmayıllıdakı abidəsini ziyarət edib
ANA SƏHİFƏ / SƏFƏRLƏR
11:13 29.07.2020

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da İsmayıllı rayonuna səfəri zamanı xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Ulu Öndərin abidəsi önünə gül dəstəsi qoyub.

Rayonda görülən abadlıq işləri, həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məlumat verən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov dedi:

-Cənab Prezident, cəlb etdiyimiz bir investisiya barədə Sizə məlumat vermək istərdim. İvanovka kəndində böyük karamel fabriki və un məmulatları fabriki yaradılıb. Artıq xeyir-duanızı gözləyirik.

Prezident İlham Əliyev: Kəndin içindədir?

Nahid Bağırov: Bəli, kəndin içindədir, gözəl dizaynı var. Burada 200-dən çox insan işləyir.

Prezident İlham Əliyev: Konfet istehsal edirlər?

Nahid Bağırov: İris, konfet və un məmulatları. Cənab Prezident, İvanovka kəndində taxıl üzrə məhsuldarlıq keçən illə müqayisədə 2 dəfə yarım artıb. Keçən il hər hektardan 11 sentner idi, bu il artıq 28 sentnerdir.

Prezident İlham Əliyev:Nəyin hesabına? Yeni texnologiyaların və texnikanın?

Nahid Bağırov: Yeni texnologiyaların, azotun və digər gübrələrin düzgün, vaxtında verilməsi hesabına.

Prezident İlham Əliyev:Prinsipcə orada 28 sentnerdən artıq ola bilər. Əgər orada suvarma layihələri icra olunarsa, onda məhsuldarlıq artar.

Nahid Bağırov:Qara torpaqları var.

Prezident İlham Əliyev:Ümumiyyətlə, İsmayıllının torpağı çox yaxşıdır, münbitdir. Bəs orta məhsuldarlıq nə qədərdir?

Nahid Bağırov:Keçən il 35 sentner idi, bu il 36 sentnerə yaxın olacaq.

Prezident İlham Əliyev:Yaxşıdır. Bəs digər işlər necədir?

Nahid Bağırov: Cənab Prezident, bundan başqa, "Coca-Cola” və "Efes” zavodları ilə danışıqlar aparırıq. Artıq gəliblər, geoloqlarımız araşdırıblar, demək olar ki, 80 faiz razılıq veriblər, pandemiya dövrünün qurtarmağını gözləyirik.

Prezident İlham Əliyev:Zavodun tikintisinə investisiya qoyacaqlar?

Nahid Bağırov:Bəli. "Coca-Cola” və "Efes” zavodları. Onlar bir qrup olduğu üçün istəyirlər ki, ikisi də bir yerdə olsun. Artıq yer də ayırmışıq.

Prezident İlham Əliyev:Çox yaxşı. Bu, yeni dayanacaqdır?

Nahid Bağırov:Bəli, cənab Prezident. Bunu ilk dəfə olaraq İsmayıllıda tətbiq etdik.

Prezident İlham Əliyev:Gözəldir.

Nahid Bağırov:Bundan şəhərimizdə üç yerdə qoymağı nəzərdə tutmuşuq. Həmçinin elektrobus da sifariş etmişik. Yeni dayanacaq səkkiz oturacaqlıdır. Bu, yerli məhsuldur, cənab Prezident.

Prezident İlham Əliyev:Bu, harada istehsal olunur?

Nahid Bağırov:Azərbaycanda, Balaxanıda, texnoparkda.

Prezident İlham Əliyev:Texnoparkda?

Nahid Bağırov:Bəli, cənab Prezident, icazə versəniz, bunun filialını İsmayıllıda açardıq. Sahibkar özü də istəyir.

Prezident İlham Əliyev:Əlbəttə, açın, həm buranı, həm də ətraf rayonları nəzərə alın. Düzdür, indi turizm yoxdur, amma karantin bitsin, hesab edirəm ki, daxili turizmlə bağlı yaxşı işlər görüləcək.

Nahid Bağırov:Artıq onunla da bağlı işlərə başlamışıq.

Prezident İlham Əliyev:Çox yaxşı.

Nahid Bağırov: Çox sağ olun, cənab Prezident.




NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM