16 Yanvar 2018 02:01
507
Qəbullar
A- A+

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkır Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Volkan Bozkır bildirdi ki, Bakıya budəfəki səfərinin məqsədi Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi ilə birgə keçirilən iclasda iştirak etməkdir. Bir neçə gün sonra ölkəmizdə Qanlı 20 Yanvar hadisələrinin ildönümünün qeyd olunacağını xatırlayan Volkan Bozkır 2018-ci ilin, eyni zamanda, bir neçə əlamətdar hadisələrlə də zəngin olacağını qeyd etdi. Qonaq bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin, Qafqaz İslam Ordusunun Bakını erməni işğalından azad etməsinin 100-cü ildönümünün, həmçinin müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətin Türkiyə olmasının 25 illiyinin təntənəli qeyd olunması ilə bağlı bir sıra tədbirlərin həyata keçiriləcəyini bildirdi.

Ötən il ərzində üç dəfə Türkiyəyə səfər etdiyini deyən Prezident İlham Əliyev Türkiyə Respublikası Prezidentinin, Baş nazirinin, həmçinin müxtəlif nazir və millət vəkillərinin Azərbaycana səfərlərinin əhəmiyyətini qeyd etdi, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin daim möhkəmləndiyini, Azərbaycan ilə Türkiyənin beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq və qarşılıqlı dəstək nümayiş etdirdiklərini vurğuladı.

Dövlətimizin başçısı Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın Bakıya budəfəki səfərinin də öz növbəsində uğurlu olacağına, parlamentlərarası əlaqələrin Azərbaycan-Türkiyə birliyini və əməkdaşlığını daha da möhkəmləndirəcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev 2018-ci ilin ölkəmizin tarixində önəmli hadisələrlə zəngin bir il olacağına əminliyini bildirdi, Türkiyə ilə Azərbaycanın bu il də böyük layihələr həyata keçirəcəklərini dedi.

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

Sonda xatirə şəkli çəkdirildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video