13 Sentyabr 2019 13:04
1747
Tədbirlər
A- A+

Prezident İlham ƏLİYEV: “Şəhərimizin hər bir yerində məktəblər tikilir, əsaslı təmir olunur” - VIDEO


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakının Suraxanı rayonunda əsaslı şəkildə yenidən qurulan 208 nömrəli orta məktəbdə yaradılan şəraitlə tanış olub.

AZƏRTAC xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və məktəbin direktoru Məlahət Əsədova dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdilər.

Prezident İlham ƏLİYEV: Bu məktəb əsaslı təmir olunub?

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar ƏZİZOV: Xeyr, sökülüb, yenidən tikilib. Üç il fəaliyyətsiz olub.

Bildirildi ki, məktəbin binası 1938-ci ildə istifadəyə verilmişdi. O zaman 360 yerlik binada ümumilikdə 2 növbədə 800 şagird təhsil alırdı. Bu təhsil ocağı qəzalı vəziyyətdə olduğundan fəaliyyətini dayandırıb və müvəqqəti olaraq 140 saylı tam orta məktəbdə fəaliyyət göstərib. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən, 2019-cu ilin mayında məktəbin mövcud binası sökülərək yerində yenisi inşa olunub. 360 şagird yerlik yeni məktəb binası müasirliyi ilə seçilir. Burada müxtəlif fənn otaqları bütün zəruri inventarla təchiz olunub. Bir sözlə, təhsil müəssisəsində şagirdlərin elmin sirlərinə dərindən yiyələnmələri, müəllimlərin isə pedaqoji fəaliyyətlə yüksək səviyyədə məşğul olmaları üçün hərtərəfli imkanlar var.

Qeyd edildi ki, məktəbdə hazırda 320 şagirdin təlim-tərbiyəsi ilə 31 nəfərdən ibarət pedaqoji kollektiv məşğuldur. Son 10 ildir ki, məktəbin şagirdlərinin 70-80 faizi ali təhsil ocaqlarına qəbul olur. Şagirdlər müxtəlif bilik, idman yarışlarında, olimpiadalarda təhsil ocağını layiqincə təmsil edirlər. Bu təhsil ocağının 10-cu sinif şagirdi güləş üzrə Avropa çempionudur.

Azərbaycanda dövlət səviyyəsində təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və bu sferada innovativ üsulların tətbiqi məsələsinə daim xüsusi diqqətlə yanaşılır. Son illərdə çoxlu sayda yeni məktəb binasının və korpusların inşası, mövcud təhsil müəssisələrinin yüksək səviyyədə yenidən qurulması, onların zəruri tədris avadanlığı ilə təchiz olunması təhsil sahəsinin müasirləşdirilməsi istiqamətində həyata keçirilən işlərin tərkib hissəsidir. Bütün bunlar bir daha sübut edir ki, insan kapitalının formalaşmasında müstəsna rola malik olan təhsil sahəsinin inkişafına ölkəmizdə ən yüksək səviyyədə diqqət göstərilir. Bu isə gənc nəslin bilikli, savadlı və intellektual səviyyədə yetişməsində, həmçinin müəllimlərin təlim-tədris prosesini müasir şəraitdə aparmasında mühüm rol oynayır.

Prezident İlham ƏLİYEV: Təbrik edirəm. Sizə uğurlar arzulayıram.

Məlahət ƏSƏDOVA: Cənab Prezident, şagirdlər və valideynlər adından Sizə dərin minnətdarlığımızı bildiririk. Çox sağ olun ki, kənd yerində belə bir gözəl məktəb tikdirmisiniz.

Prezident İlham ƏLİYEV: Şəhərimizin hər bir yerində məktəblər tikilir, əsaslı təmir olunur, bu proqram uğurla icra edilir. Bu məktəbin yenidən tikilməsi bizim siyasətimizi əks etdirir. Təhsil sahəsinə göstərilən diqqət, eyni zamanda, infrastrukturun yaranmasında da özünü əks etdirir. Valideynlərə də, müəllimlərə də salam söyləyin. Sağ olun.

Məlahət ƏSƏDOVA: Sağ olun cənab Prezident.



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video