14 Sentyabr 2011 02:09
631
Səfərlər
A- A+

Prezident İlham Əliyev Şamaxıda «Şirvan» mehmanxanasında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur

 

Sentyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Şamaxıda "Şirvan" mehmanxanasında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, bina 1974-cü ildə inşa edilmiş, ötən ilə qədər istifadədə olmuşdur. Binanın istifadəyə yararsız olması nəzərə alınaraq 2010-cu ilin fevralından mehmanxanada təmir işlərinə başlanmışdır. Onmərtəbəli, 36 nömrəsi olan mehmanxananın sahəsi 6 min kvadratmetrdir. Hazırda binanın interyerində son tamamlama işləri görülür. Burada yenidənqurma işlərini bu ilin dekabrında başa çatdırmaq nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyev nümunəvi nömrələrin birində yaradılan şəraitlə tanış oldu. Məlumat verildi ki, əsas binada mini bar, hovuz, SPA mərkəzi, sauna, gimnastika bölməsi, türk hamamı, bilyard klubu, 10-cu mərtəbədə 60 nəfərlik restoran fəaliyyət göstərəcəkdir. Bundan əlavə, mehmanxananın həyətində tikiləcək binada böyük konfrans zalı, tədbirlərin keçirilməsi üçün müxtəlif zallar və digər inzibati otaqlar olacaqdır. Ərazidə uşaqlar üçün də oyun meydançaları yaradılacaqdır.

Bildirildi ki, bu mehmanxana kompleksi böyük turizm potensialı olan Şamaxıda qonaqların qəbul edilməsində mühüm rol oynayacaqdır. Bundan əlavə, rayona dincəlməyə gələnlərin rahat şəraitlə təmin olunmasına geniş imkanlar açacaqdır.

Dövlətimizin başçısı mehmanxananın yenidənqurmadan sonrakı vəziyyətini əks etdirən stendlə tanış oldu, tapşırıqlarını verdi.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video