03:18 24 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:24 24.09.2021

Güc simvolu


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Prezident İlham Əliyev Qaxda «El Resort» mehmanxanasının açılışında iştirak etmişdir
ANA SƏHİFƏ / SƏFƏRLƏR
05:11 18.11.2011

 

Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qaxda "El Resort" mehmanxanasının açılışında iştirak etmişdir.

Dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, paytaxt Bakı ilə yanaşı, respublikamızın regionlarında da müasir turizm obyektlərinin inşası Azərbaycana yüksək maraqdan, həmçinin ölkəmizdə istər yerli, istərsə də xarici iqtisadi qurumlar üçün yaradılmış əlverişli investisiya mühitindən irəli gəlir. Turizmin inkişafı ölkəmizdə otel biznesinin genişləndirilməsini və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını zəruri edir. Qax rayonunda da turizm potensialının inkişaf etdirilməsi diqqət mərkəzindədir. Bu baxımdan yeni tikilmiş "El Resort" otel kompleksi də mühüm əhəmiyyət daşıyır.

Mehmanxanada yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, üçmərtəbəli kompleks 2,7 hektar ərazini əhatə edir. Ümumi sahəsi

3 min 660 kvadratmetr olan mehmanxana lüks və VİP otaqlardan, 120 yerlik yeməkxanadan, 60 yerlik kafe-bar, oyun və kino zallarından ibarətdir. Qonaqlar burada türk və Çin hamamlarının, nəhəng hovuzun, yaz-yay terrasının, universal idman meydançasının xidmətlərindən istifadə edə biləcəklər. Buradakı otaqlar yüksək beynəlxalq standartlara cavab verir. Mehmanxananın otaqlarının və yeməkxananın mərkəzləşdirilmiş kompyuter proqramı sistemi yaradılmışdır. Mehmanxananın bütün infrastrukturu - istilik, havalandırma, elektrik, rabitə, yanğınsöndürmə sistemləri ən müasir səviyyədə qurulmuşdur.

Dövlət başçısı sonra mehmanxananın tikilməkdə olan konfrans zalının layihəsini əks etdirən stendə baxdı. Üç zaldan ibarət olacaq ikimərtəbəli konfrans zalında eyni vaxtda bir neçə tədbirin keçirilməsi mümkün olacaqdır. Binanın tikintisi 2012-ci ilin martında başa çatacaqdır.

Mehmanxanada yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.

 

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM