10:12 24 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:24 24.09.2021

Güc simvolu


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Prezident İlham Əliyev Oğuzda qarğıdalı emalı və qlükoza istehsalı müəssisəsini işə salmışdır
ANA SƏHİFƏ / SƏFƏRLƏR
04:11 17.11.2011

 

Prezident İlham Əliyev noyabrın 16-da Oğuz şəhərində qarğıdalı emalı və qlükoza istehsalı müəssisəsinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısına məlumat verildi ki, bu müəssisə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq "CPC" (Corn Processing Company) Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən inşa edilmişdir. Müəssisənin yaradılmasına 18 milyon manat sərmayə qoyulmuşdur. Bu vəsaitin 3 milyon manatını Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri təşkil edir.

Prezident İlham Əliyev qlükoza, özək, kəpək, qlüten və digər hazır məhsulların, eləcə də qlükozanın istehsal prosesinin nümayiş etdirildiyi stendə baxdı. 

Sonra dövlətimizin başçısı müəssisəni işə saldı.

Bildirildi ki, müəssisədə əsasən Türkiyə, ABŞ, Almaniya və İtaliya istehsalı olan avadanlıq quraşdırılmışdır. Müəssisənin istehsalat korpusu ilə yanaşı, hər birinin tutumu 500 ton olan iki taxıl anbarı və digər köməkçi binalar inşa edilmişdir. Hər birinin tutumu beş min ton olan daha iki taxıl anbarının tikintisinə başlanılıb. Müəssisə gündəlik 80 ton qarğıdalı emalından 55 ton yüksək keyfiyyətli qida qlükozası və 20 tonadək müxtəlif növ yem məhsulları istehsal etmək gücünə malikdir. Burada 153 nəfər işlə təmin edilmişdir.

Qeyd edildi ki, bu cür müəssisə Cənubi Qafqazda ilk olaraq Azərbaycanda inşa edilmişdir. Müəssisədə ilkin mərhələdə qlükoza, daha sonra isə fruktoza və dekstroza məhsullarının istehsalı nəzərdə tutulur. Həmin məhsullardan əsasən şirniyyat, konserv, süd məmulatı, dondurma və limonad istehsalında istifadə olunacaqdır. Bu layihənin həyata keçirilməsi nəticəsində respublikamızda taxılçılığın, o cümlədən qarğıdalı istehsalının artırılması üçün əlverişli şərait yaranacaq və ölkəmizə qarğıdalı emalından alınan məhsulların idxalının qarşısı alınacaqdır. Müəssisə ölkəmizin tələbatını yerli istehsal hesabına yüksək keyfiyyətli qida qlükozası ilə tam təmin etməyə imkan yaradır, eləcə də protein, qlüten, kəpək və sair məhsullarla təminatında da xüsusi əhəmiyyət kəsb edir. İstehsal prosesi zamanı yaranan tullantılar isə yem məhsulu kimi heyvandarlıqla məşğul olan fermerlərə satılacaqdır.

Bildirildi ki, müəssisənin xammal bazası yerli istehsal hesabına formalaşacaqdır. Bu məqsədlə Zaqatala, Şəki, Qax və Oğuz rayonlarında fəaliyyət göstərən fermerlərlə danışıqlar aparılır. Gələcəkdə kifayət qədər xammal bazası formalaşdırıldıqdan sonra müəssisənin gündəlik emal gücünün 80 tondan 200 tona çatdırılması nəzərdə tutulur.

Müəssisə ilə yaxından tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı, tapşırıq və tövsiyələrini verdi.                           

 

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM