30 Oktyabr 2018 14:42
1537
Qəbullar
A- A+

Prezident İlham Əliyev Mərakeşin inzibati islahatlar və dövlət qulluğu nazirini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Mərakeş Krallığının inzibati islahatlar və dövlət qulluğu naziri Məhəmməd bin Abdelkaderi qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında münasibətlərin yaxşı inkişaf etdiyini bildirərək, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində həmişə bir-birini dəstəklədiyini vurğuladı. İqtisadi, regional inkişaf sahələrində də yaxşı nəticələrin olmasının zəruriliyini qeyd edən Prezident İlham Əliyev Mərakeş Krallığının inzibati islahatlar və dövlət qulluğu naziri Məhəmməd bin Abdelkaderin Azərbaycana səfərinin iki ölkə arasında əlaqələrə müsbət təsir göstərəcəyinə və ölkəmiz haqqında daha ətraflı məlumat alması işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Mərakeş Krallığının inzibati islahatlar və dövlət qulluğu naziri Məhəmməd bin Abdelkader qeyd etdi ki, Azərbaycan Prezidenti ilə görüşü ölkələrimiz arasında mövcud olan gözəl münasibətlərin daha da inkişaf etdirilməsinin yaxşı bir nümunəsidir və siyasi iradənin təzahürüdür. Ölkəsinin də Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyən Məhəmməd bin Abdelkader bildirdi ki, Azərbaycan Prezidentinin səyləri və rəhbərliyi sayəsində ölkəmiz davamlı inkişafa nail olub və Azərbaycanın əldə etdiyi nailiyyətlər Mərakeş Kralı Əlahəzrət VI Məhəmməd və Mərakeş xalqı tərəfindən böyük iftixarla qəbul olunur. Qonaq, eyni zamanda, dünya əhəmiyyətli mühüm tədbirlərin, o cümlədən Bakı Humanitar Forumu, Avropa Oyunları, Avroviziya mahnı müsabiqəsi, İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda uğurla keçirilməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Mərakeş Krallığı arasında imzalanmış Memorandumun əhəmiyyətindən danışıldı, Azərbaycanın bu sahədə təcrübəsinin Mərakeşdə tətbiq olunmasının önəmi qeyd olundu. Söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin çox yaxşı tarixə malik olduğu vurğulandı, iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi qeyd edildi.

Məhəmməd bin Abdelkader bildirdi ki, Azərbaycan Mərakeşin ərazi bütövlüyünü dəstəklədiyi kimi, öz növbəsində, Mərakeş də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video