07 May 2019 15:38
3522
Səfərlər
A- A+

Prezident İlham Əliyev: “Mən sahibkarları dəstəkləyirəm”


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 7-də "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin açılışında da iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, "Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov müəssisənin fəaliyyəti barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, ümumi sahəsi 1770 kvadratmetr olan məntəqə istehsalat və inzibati bölmədən ibarətdir. Dövlətimizin başçısının tapşırığı ilə "Azərxalça” ASC-nin filiallarının, ölkəmizdə fəaliyyət göstərən özəl xalçaçılıq müəssisələrinin yun ipliklə təmin olunması üçün mühüm tədbirlər görülür. Bu istiqamətdə həyata keçirilən layihələrdən biri Sumqayıt Kimya Sənaye Parkında "Azərxalça” ASC-nin yunəyirici-boyaq fabrikinin inşasıdır. Hazırda fabrikin tikintisi sürətlə davam etdirilir. Bu fabrikin xammalla təminatı məqsədilə Naxçıvan şəhərində, Bərdə, Qobustan, Şabran və Sabirabad rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Son illər bu sahənin inkişafına göstərilən diqqət, ölkəmizin müxtəlif bölgələrində emalatxanaların fəaliyyətə başlaması xalça toxunması üçün xammal bazasının yaradılması zərurətini meydana çıxarıb. Bu baxımdan yunəyirici-boyaq fabrikinin və regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin yaradılması idxaldan asılılığı tamamilə aradan qaldıracaq. Tədarük məntəqələri heyvandarlığın inkişafına da öz təsirini göstərəcək. Bu, qoyunçuluq təsərrüfatlarının, fermerlərin yun satışı probleminin həllinə imkan verəcək.

Bildirildi ki, regional tədarük məntəqələrində ildə 1500 ton yun qəbul olunacaq. Hər tədarük məntəqəsində 300 ton yun qəbulu nəzərdə tutulub. Qobustandakı tədarük məntəqəsi 14 rayonu əhatə edəcək. Bu məntəqənin imkanlarından Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Göyçay, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, Ağdaş, Zərdab rayonlarının, Şəki şəhərinin və Bakının Qaradağ rayonunun sakinləri yararlanacaqlar. Bu işin yüksək səviyyədə təşkili məqsədilə maarifləndirici tədbirlər də keçirilib. Bu məntəqədə növbəti ildən boyaq bitkiləri də qəbul olunacaq. Yun tədarükü zamanı xalça toxunması üçün iplik istehsalına yararlı olan yunun qəbuluna üstünlük veriləcək. Belə ki, iplik istehsalı üçün yalnız ildə bir dəfə qırxılan, uzunluğu 8 santimetr olan yunun qəbulu həyata keçiriləcək. İplik istehsalına yararlı olmayan yun isə yuyularaq xammal kimi satışa çıxarılacaq. Bunun üçün araşdırma aparılıb, hansı ölkədə belə xammala tələbatın olduğu müəyyənləşdirilib. Bu məntəqədə növbəti ildən boyaq bitkiləri də qəbul olunacaq.

Məlumat verildi ki, Qobustanın ərazisi boyaq bitkiləri ilə zəngindir. İnsanlar onları toplayıb tədarük məntəqəsinə təhvil verməklə həm də əlavə qazanc əldə edəcəklər. Həm yun, həm də boyaq bitkiləri ilboyu qəbul ediləcək.

Diqqətə çatdırıldı ki, regional məntəqəyə gətirilən məhsul rənginə və ölçüsünə görə çeşidlənəcək. Yun çeşidləndikdən sonra kipləşdiriləcək, onların üzərinə xüsusi yarlıqlar vurulacaq. Həmin yarlıqda yunun rəngi, qəbul tarixi, hansı rayondan alındığı, çəkisi, növü, qaba və incəliyi, nəmliyi barədə məlumatlar əksini tapacaq. Məntəqədə kipləşdirilmiş yun Sumqayıtdakı yunəyirici-boyaq fabrikinə təhvil veriləcək.

Bildirildi ki, Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsində 25 nəfər daimi işlə təmin olunub.

Dövlətimizin başçısı müəssisənin işçiləri ilə söhbət etdi.

Prezident İlham Əliyev: İşiniz necədir, razısınız?

İşçilər: Çox sağ olun. Allah köməyiniz olsun.

Prezident İlham Əliyev: Nə qədər əməkhaqqı verilir, qane edir?

İşçi: Şükür lap yaxşıdır. Sizdən də, müdiriyyətimizdən də razıyıq. Çox sağ olun. Həmişə Siz gələsiniz.

Prezident İlham Əliyev: Xalçaçılıq elə sənətdir ki, Azərbaycan xalqının istedadını dünyaya göstərir. Eyni zamanda, xalçaçılıq sənəti böyük işlərin təkanverici amilidir. Məsələn, indi ölkəmizdə yun tədarükü mərkəzləri yaradılır. Beş mərkəz yaradılıb, biri də burada. Sumqayıtda yunəyirici-boyaq fabriki yaradılır. Yəni, gələcəkdə biz özümüzü bütün xammalla – iplər, boyaq və yun ilə təmin edəcəyik. Beləliklə, minlərlə iş yeri yaradılır və yaradılacaq. Sahibkarlar da bu işlərdə fəal iştirak edirlər. Sizin də işiniz ümumi inkişafımıza böyük dəstək olacaqdır.

Sahibkar: Cənab Prezident, biz uzun müddət idi ki, tədarük etdiyimiz yunu heç yerə verə bilmirdik. Sizin sayənizdə bura açılıb, biz çölə tulladığımız, sata bilmədiyimiz yunu bu gün buraya veririk, çoxlu pul qazanırıq. Bu pula mal-qara alırıq, fermamızı genişləndiririk. Bizə bu şəraiti yaratdığınıza görə Sizə təşəkkür edirik.

Prezident İlham Əliyev: Sağ olun. Sahibkarlara gözəl şərait yaradılıb. Mən sahibkarları dəstəkləyirəm, onlara dövlət tərəfindən maddi dəstək göstərilir. Bilirsiniz ki, güzəştli şərtlərlə kreditlər verilir. Bu il sahibkarlara güzəştli şərtlərlə 170 milyon manat kreditlər veriləcək ki, onlar öz işlərini daha da yaxşı qura bilsinlər. Eyni zamanda, yun tədarükü ilə bağlı göstəriş verilmişdir ki, məntəqələr yaradılmalıdır. Çünki bu, böyük problem idi, yun tədarükü kortəbii şəkildə təşkil olunurdu. İndi bu iş mərkəzləşmiş qaydada görülür. Beş məntəqə yaradılıb və hər zonanın fermerləri artıq bilirlər ki, yunu hara gətirsinlər, kimə təhvil versinlər və pullarını alsınlar. Fəhlələr də, toxucular da işləyirlər və budur, bir zəncir yaradılır. Əminəm ki, Azərbaycanda yun tədarükü böyük dərəcədə artacaq.

İşçilər: Çox sağ olun. Allah Sizdən razı olsun. Kollektivimiz adından Sizə təşəkkürümüzü bildiririk. Sizə uzun ömür, cansağlığı arzulayırıq, bizə bu şəraiti yaratdığınıza görə Sizə minnətdarıq.

Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video