02 Noyabr 2017 04:11
554
Qəbullar
A- A+

Prezident İlham Əliyev İtaliya Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də İtaliya Senatının sədr müavini xanım Linda Lanzillottanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, İtaliya Senatının sədr müavini xanım Linda Lanzillotta ölkəmizə səfərinin səmərəli və maraqlı keçdiyini və bunun Azərbaycan ilə dostluğun möhkəmləndirilməsi baxımından önəmli olduğunu qeyd etdi.

Enerji sektorunun ölkələrimiz arasında əməkdaşlıq üçün ən əsas sahə olduğunu deyən Linda Lanzillotta TAP layihəsinə ölkəsinin sadiqliyini vurğuladı və əminliklə bildirdi ki, bu, həm də Azərbaycan ilə İtaliya arasında əlaqələrin genişləndirilməsi üçün çox əhəmiyyətlidir.

Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı görülən işlərə toxunan qonaq İtaliyanın ölkəmizlə infrastruktur, kənd təsərrüfatı sahələrində əməkdaşlıq etməkdə maraqlı olduğunu dedi. “Milan Expo-2015” sərgisini xatırlayan Linda Lanzillotta bu sərgidə Azərbaycan pavilyonunun çox böyük maraqla qarşılandığını və yüksək qiymətləndirildiyini bildirdi.

Prezident İlham Əliyev uğurla inkişaf edən İtaliya-Azərbaycan ikitərəfli əlaqələrinə ölkəmizin böyük önəm verdiyini dedi və İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu vurğulayaraq burada neft ixracının başlıca rol oynadığını xüsusi qeyd etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsində TAP layihəsinin böyük əhəmiyyət daşıdığını dedi və bu layihənin qrafikə uyğun olaraq uğurla icra edildiyini və işlərin vaxtında başa çatdırılacağına ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev, eyni zamanda, Cənub Qaz Dəhlizinin digər hissələrində, o cümlədən “Şahdəniz”, Cənubi Qafqaz Boru Kəmərində işlərin 100 faiz, TANAP layihəsində isə 80 faizdən çoxunun yerinə yetirildiyini dedi. Qlobal enerji təhlükəsizliyi layihəsi kimi Cənub Qaz Dəhlizinin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı İtaliyanın Azərbaycanın əsas qaz ixrac edəcəyi ölkələrdən biri olduğunu qeyd etdi və bunun əlaqələrimizin inkişafı üçün xüsusi önəm daşıdığını dedi.

Ticarət əlaqələrimizin şaxələndirilməsi üçün daha fəal iş aparılmasının vacibliyini qeyd edən dövlətimizin başçısı hazırda əsas diqqətin digər istiqamətlərə - sənaye, kənd təsərrüfatı, infrastruktur, nəqliyyata yönəldilməsinin zəruriliyini bildirdi. Azərbaycanda icra olunan layihələrdə İtaliya şirkətlərinin iştirakına toxunan Prezident İlham Əliyev ölkəmizin gələcək inkişafı ilə bağlı Bakıda və regionlarda həyata keçiriləcək infrastruktur və digər layihələrdə iştirak etmək üçün İtaliya şirkətlərini Azərbaycana dəvət etdi.

Görüşdə Azərbaycan ilə İtaliya arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları və onların daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video