19 Dekabr 2017 11:12
589
Qəbullar
A- A+

Prezident İlham Əliyev İranın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirdi, birgə layihələrin həyata keçirilməsi ilə bağlı yaxşı nəticələrin əldə olunduğunu dedi. İstanbulda İran Prezidenti Həsən Ruhani ilə qısa söhbətini xatırladan Prezident İlham Əliyev söhbət zamanı ikitərəfli münasibətlərimizin uğurlu inkişafı ilə bağlı fikir mübadiləsi apardıqlarını qeyd etdi. İran xarici işlər nazirinin Azərbaycana bir ayda ikinci dəfə səfər etməsinin əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi olduğunu deyən dövlətimizin başçısı bu səfərin ikitərəfli münasibətlərimizin gündəliyi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirdi.

Azərbaycan-Türkiyə-İran xarici işlər nazirlərinin üçtərəfli görüşünə toxunan Prezident İlham Əliyev bu görüşlərin artıq mütəmadi xarakter almasının önəmini qeyd etdi, qardaş qonşu dövlətlərin nazirləri arasında keçirilən bu görüşü yaxşı bir təşəbbüs kimi dəyərləndirdi.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Prezident Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırdı.

İranın xarici işlər naziri ölkəmizə son ayda ikinci dəfə səfər etməsinin və Azərbaycan Prezidenti ilə görüşünün ikitərəfli münasibətlərimizin inkişafı baxımından önəmini vurğuladı. O, Həsən Ruhaninin prezidentliyi dövründə əlaqələrimizin çox yüksək səviyyəyə qalxmasından İran tərəfinin böyük məmnunluq hissi keçirdiyini bildirdi.

Bakıda keçirilən Azərbaycan-Türkiyə-İran xarici işlər nazirlərinin üçtərəfli görüşünə toxunan Məhəmməd Cavad Zərif bu formatda görüşlərin əhəmiyyətini vurğuladı və gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə etdi.

Söhbət zamanı ölkələrimiz arasında bank, enerji, nəqliyyat, ticarət, sərmayə qoyuluşu sahələrində əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video