Prezident İlham Əliyev İordaniyanın informasiya və kommunikasiya üzrə dövlət nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də İordaniya Haşimilər Krallığının informasiya və kommunikasiya üzrə dövlət naziri Mohammad əl-Momanini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Mohammad əl-Momani İordaniya Kralı II Abdullah ibn Al Hüseynin Prezident İlham Əliyevə və Azərbaycan xalqına salamlarını və ən xoş arzularını çatdırdı. Qonaq qeyd etdi ki, ölkəsi Prezident İlham Əliyevin liderliyinə, Azərbaycana və Azərbaycan xalqına dərin rəğbət hissi ilə yanaşır. İordaniyada ölkəmizin əldə etdiyi uğurların maraqla izlənildiyini deyən Mohammad əl-Momani Azərbaycanın mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən bir nümunə ölkə olduğunu bildirdi.
İordaniya Kralı ilə Azərbaycan Prezidenti arasında olan şəxsi dostluq əlaqələrinin ikitərəfli münasibətlərimizdə böyük rolunu qeyd edən Mohammad əl-Momani İordaniya Kralı tərəfindən Azərbaycanla həm siyasi, həm də iqtisadi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı göstərişlər verildiyini dedi. Azərbaycanın Qoşulmama Hərəkatı nazirlər konfransına ev sahibliyini yüksək qiymətləndirən İordaniya Haşimilər Krallığının informasiya və kommunikasiya üzrə dövlət naziri Mohammad əl-Momani bu tədbirə dəvətə görə minnətdarlığını ifadə etdi.
Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev İordaniya Kralı II Abdullah ibn Al Hüseynlə şəxsi dostluq əlaqələrinin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verdiyini vurğuladı. İordaniyanın Azərbaycana dost ölkə olduğunu bildirən dövlətimizin başçısı ölkələrimiz arasında siyasi sahədə yaxşı münasibətlərin olduğunu qeyd etdi, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, o cümlədən ticarət dövriyyəsinin artırılması və investisiya imkanlarından istifadə edilməsinin vacibliyini vurğuladı. Azərbaycanın mühüm beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrildiyini məmnunluqla qeyd edən Prezident İlham Əliyev Qoşulmama Hərəkatı nazirlər konfransının əhəmiyyətinə toxundu və Azərbaycanın bu konfransa qarşıdan gələn sədrliyi illərində ölkələrimizi maraqlandıran məsələlərlə bağlı uğurlu əməkdaşlıq həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi.
Prezident İlham Əliyev İordaniya Kralı II Abdullah ibn Al Hüseynin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniya Kralına çatdırmağı xahiş etdi.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib
25 Aprel
Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB ...
25 Aprel
Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir ...
25 Aprel
Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK ...
25 Aprel
Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçi...
25 Aprel
Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb ...
25 Aprel
Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb
25 Aprel
Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir
25 Aprel
İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatl...
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK ...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!