06 Fevral 2018 09:02
582
Qəbullar
A- A+

Prezident İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonu qəbul edib.

AZƏRTAC xəbər verir ki, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon Azərbaycanda iqtisadi sahədə əldə edilmiş nailiyyətlər, həyata keçirilmiş uğurlu islahatlar münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırdı. Xanım Mersi Tembon bütün bu müsbət proseslərdə təmsil etdiyi qurumun ölkəmizlə əməkdaşlığından məmnunluq hissi keçirdiyini bildirdi. O, Azərbaycanda əldə olunan bu nailiyyətlərdən insanların faydalandığının şahidi olduqlarını dedi və qeyd etdi ki, iqtisadiyyatın şaxələndirilməsinin təmin edilməsi və iqtisadi inkişafın əldə olunması əhalinin rifah halını yaxşılaşdırır. Xanım Mersi Tembon, eyni zamanda, bildirdi ki, ölkəmizin iqtisadi inkişafı əhalinin işlə təmin edilməsi və müxtəlif fəaliyyət növləri ilə məşğul olması üçün də yaxşı imkan yaradır.

Xoş sözlərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı son illər Azərbaycanda iqtisadi inkişafın yaxşı nəticələr verdiyini vurğuladı. Prezident İlham Əliyev bildirdi ki, bu, özünü həm makroiqtisadi sahədə, həm real sektorun və eyni zamanda, qeyri-neft sektorunun inkişafında göstərib. Dövlətimizin başçısı qeyd etdi ki, ötən il ölkəmizdə 177 min daimi iş yeri yaradılıb ki, bu da rekord göstərici olub. Qeyri-neft sektorunda 3 faizə yaxın artımın olduğunu deyən Prezident İlham Əliyev ölkəmizdə nəhəng infrastruktur layihələrinin uğurla həyata keçirildiyini bildirdi. Dövlətimizin başçısı bütün bu iqtisadi nailiyyətlərin, öz növbəsində, ölkəmizin davamlı inkişafı və ictimai-siyasi sabitliyin təmin olunması işinə xidmət etdiyini vurğuladı.

Azərbaycanın iqtisadi inkişafının Davos İqtisadi Forumunun hesabatlarında da öz əksini tapdığını qeyd edən Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək dünya miqyasında 35-ci yeri, eyni zamanda, ölkəmizin inkişaf etməkdə olan ölkələr sırasında inklüziv inkişaf indeksinə görə isə 3-cü yeri tutmasını məmnunluqla vurğuladı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video