25 Sentyabr 2011 03:09
501
Səfərlər
A- A+

Prezident İlham Əliyev Daxili Qoşunların Qubadakı «N» saylı hərbi şəhərciyin açılışında iştirak etmişdir

 

Prezident İlham Əliyev Quba rayonuna səfəri çərçivəsində Daxili Qoşunların "N" saylı hərbi şəhərciyinin açılışında iştirak etmişdir.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı hərbi şəhərciyin maketi ilə tanış oldu.

Bildirildi ki, hazırda Daxili Qoşunların maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilir. Quba rayonunun Aşağı Atuc kəndi ərazisində inşa olunan Daxili Qoşunların "N" saylı hərbi şəhərciyində yaradılan şərait də bunun əyani nümunəsidir. İnşasına 2010-cu ilin martında başlanan və 20 hektar ərazidə salınan hərbi şəhərcikdə beşmərtəbəli qərargah və əsgər yataqxanaları və 60 mənzilli altımərtəbəli zabit yataqxanası yerləşir.

Şəhərcik ərazisində əsgər yeməkxanası, tibb məntəqəsi, silah-sursat və əmlak anbarları, avtopark, sıra meydançası və tribuna, 10/0,4 kilovoltluq transformator yarımstansiyası, iki artezian quyusu, hər biri 300 ton tutumu olan iki su anbarı, çirkab su anbarları və gözətçi qüllələri yerləşir. Binalar bütün zəruri mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunmuşdur. 17 hektar ərazi tam abadlaşdırılmış, yaşıllıqlar salınmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. 

Qeyd olundu ki, şəhərciyin ərazisindəki binaların inşasında milli memarlıq elementlərindən istifadə edilmişdir. Hərbi şəhərciyi fasiləsiz elektrik enerjisi və təbii qazla təmin etmək məqsədilə uzunluğu 11,6 kilometr olan "Atuc-1" və "Atuc-2" hava xətləri, 2,5 kilometrlik qaz xətti çəkilmişdir.

Sonra dövlətimizin başçısı hərbi şəhərcikdə yaradılan şəraitlə tanış oldu. Qərargahın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Silahlı Qüvvələrin inkişafına göstərdikləri diqqət və qayğını, Daxili Qoşunların fəaliyyətini əks etdirən fotostendlər və dövlət atributlarının əks olunduğu lövhələr vurulmuşdur. Müxtəlif inzibati otaqların yerləşdiyi birinci mərtəbədə, eyni zamanda, döyüş fəaliyyətinin gücləndirilməsi ilə bağlı təlimatlar da əks olunmuşdur.

Digər mərtəbələrdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev əsgər yataqxanasına baxdı. Diqqətə çatdırıldı ki, əsgərlərin geyimləri ayrıca yaradılan əmlak otağında lazımi şəraitdə saxlanılır, silah-sursat üçün xüsusi otaq yaradılmışdır. Binada əsgərlərin bilik və bacarıqlarının artırılması üçün ictimai-siyasi və mədəni-maarif işləri otağı da fəaliyyət göstərir.

Silahlı Qüvvələrin Ali Baş Komandanı Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin şəxsi heyətinin silahlanması, texnika və xüsusi vasitələrin təqdimatı ilə tanış oldu.

Prezident İlham Əliyevə Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin baş geyimi hədiyyə edildi.

Yeməkxanada yaradılan şəraitlə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, burada əsgərlərin və zabitlərin normal qidalanmasına ciddi nəzarət edilir. Tibb otağı da bütün lazımi avadanlıqla təmin olunmuşdur. Burada fizioterapiya, ambulator qəbul otaqları, əczaxana və diş həkimi kabinetlərində xidmət müasir tələblər səviyyəsində təşkil edilmişdir.

Hərbi şəhərciyin fəaliyyəti ilə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video