Prezident İlham Əliyev CISCO şirkətinin nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Qay Didrix təmsil etdiyi şirkətin ölkəmizlə uğurlu əməkdaşlıq həyata keçirdiyini və Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə səmərəli əməkdaşlıq etdiyini dedi. Prezident İlham Əliyevlə əvvəlki görüşlərini məmnunluqla xatırlayan qonaq həmin görüşlərdən sonra çox yaxşı nəticələrin əldə olunduğunu bildirdi. Azərbaycanla bağlı bir sıra mühüm layihələr üzərində işlədiklərini deyən Qay Didrix CISCO şirkətinin ölkəmizlə əməkdaşlığa böyük önəm verdiyini və Azərbaycanda işlərin qısa zaman ərzində səmərəli şəkildə icrası üçün hər cür imkanların olduğunu vurğuladı.
Prezident İlham Əliyev CISCO şirkəti ilə Azərbaycanın uğurlu əməkdaşlıq etdiyini bildirdi. Dövlətimizin başçısı, öz növbəsində, şirkətin rəhbərliyi ilə keçirdiyi görüşləri məmnunluqla xatırladı və həmin görüşlərdən keçən dövr ərzində əlaqələrimizin inkişafı üçün yaxşı əsasların yarandığını qeyd etdi, bu əməkdaşlığın bundan sonra da genişləndiriləcəyinə ümidvar olduğunu bildirdi.
İnformasiya texnologiyaları sahəsinin Azərbaycan üçün prioritet sahələrdən biri olduğunu deyən Prezident İlham Əliyev ölkəmizdə bu istiqamətdə həyata keçirilən genişmiqyaslı işlərin Azərbaycan iqtisadiyyatının sürətli inkişafı baxımından əhəmiyyətini qeyd etdi.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mart
ABF rəsmisi: "Böyük İpək Yolu" turnirinin Bakıda keçirilməsi boksun ölkəmizdə inkişafının təzahürüdü...
28 Mart
Manə Mollayeva : Xallar əldə etmək üçün vuruşacağıq
28 Mart
Yekun qərar qəbul edilməyib - Emin Ağalarov
28 Mart
Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
28 Mart
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
28 Mart
Biz unutmuruq, tarix də unutmasın...
28 Mart
Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib ...
28 Mart
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
28 Mart
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir ...
28 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!