30 Dekabr 2011 03:12
492
Səfərlər
A- A+

Prezident İlham Əliyev Buzovna qovşağı tunel və yol ötürücüsünün açılışında iştirak etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Buzovna qovşağı tunel və yol ötürücüsünün açılışında iştirak etmişdir.

Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq paytaxtın müxtəlif rayonlarında müasir tələblərə cavab verən yol ötürücüsü, körpü, tunel, yeraltı və yerüstü piyada keçidlərinin inşası davam etdirilir. Buzovna, Maştağa, Bilgəh qəsəbələrinə və Bakı şəhərinə rahat çıxışı təmin edən Buzovna yol ötürücüsü və tunelinin inşası da paytaxtın yol-nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı həyata keçirilən tədbirlərdəndir.

Nəqliyyat nazirliyinin "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə inşa olunan Buzovna qovşağında tikinti işləri "Azvirt" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən həyata keçirilmişdir. 

Nəqliyyat naziri Ziya Məmmədov Buzovna qovşağının texniki göstəriciləri barədə dövlət başçısına məlumat verdi. Bildirildi ki, tunelin ümumi uzunluğu 365, eni 17, qapalı hissənin uzunluğu isə 41 metrdir. Yol ötürücüsünün və tunelin tikintisində yüksək keyfiyyətli inşaat materiallarından istifadə olunmuşdur. Yol ötürücüsü 9 bal gücündə zəlzələyə davamlılığa hesablanmışdır. İki zolaqdan ibarət yol ötürücüsünün eni 5 metrdir. Sakinlərin təhlükəsizliyi üçün burada piyada keçidinin də inşa olunduğu bildirildi. Keçiddə və tuneldə yağış sularının axıdılması üçün drenaj xətləri çəkilmiş və nasoslar quraşdırılmışdır.

Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi. 

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video